Vergi məcəlləsinə təklif edilən dəyişikliklər dövlət büdcəsindən yayındırıla biləcək məbləğlərin yığılmasına yönəlib.
FED.az xəbər verir ki, bu barədə Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov deyib.
İdarə rəisi bildirib ki, ofşor zonalarda fiziki şəxslərin köçürmələrinə nəzarət tətbiq edilmirdi. Ancaq görünür ki, bundan sui-istifadə halları var. Bunun qarşısını almaq üçün ofşor zonalara vəsaitlərin köçürülməsinə 10 faiz dərəcə ilə vergi tətbiq olunacaq.