Aprelin 1-dən etibarən vergi ödəyiciləri tərəfindən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb.
Bu barədə FED.az-a Vergilər Nazirliyindən məlumat verilib.
Eləcə də bax: Təcili: Vergi bəyannaməsi və vergi ödənişinin - MÜDDƏTİ UZADILDI - RƏSMİ AÇIQLAMA
Məlumatda deyilir ki, Vergilər Nazirliyi vergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdiyi hesabatlarının sayının azaldılması və vaxtına qənaət edilməsi məqsədilə vergi orqanlarına təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabat məlumatlarının optimallaşdırılmasını həyata keçirib. Bu məqsədlə Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib və vergi ödəyiciləri tərəfindən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb.