Azərbaycanda qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq onun xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü hər hansı məbləğdən 5 % vergi tutulacaq.
FED.az xəbər verir ki, bu, Vergi Məcələsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.
Hazırda bu köçürmələrdən 10 % vergi tutulur.