Azərbaycan hökuməti kənd təsərrüfatısektoru üçün vergi güzəştlərinin müddətini daha 3 il – 2026-cı ilin sonunadək uzatmağı planlaşdırır.
Azərbaycanda vergi ödəməyənləri - BİABIR EDƏCƏKLƏR - YENİLİK
Milli Məclisdən FED.az-a bildirilib ki, kənd təsərrüfatı sektoru üçün müvafiq güzəştlərin müddətinin (2023-cü il dekabrın 31-də başa çatacaq) uzadılması bu həftə parlamentdə müzakirəyə çıxarılacaq Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklərə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı (o cümlədən sənaye üsulu ilə) ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə gəlirləri daha 3 il müddətinə mənfəət vergisindən (maddə 106.1.14); kənd təsərrüfatı məhsullarının istehsalçılarının istehsal etdikləri (o cümlədən sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən (maddə 164.1.18); kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə vergi ödənişindən (maddə 199.9); kənd təsərrüfatı məhsullarının istehsalçılarının (o cümlədən sənaye üsulu ilə) istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı sadələşdirilmiş vergi ödənişindən (maddə 218-1.1.1) azad edilir.