Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 6 milyard 762,6 milyon manatının və yaxud 18 %-nin hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Azərbaycanda ötən il vergi borcları 3 milyard manata yaxın olub
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 19,2 % və ya 1 milyard 087 milyon manat çoxdur.
Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.