Azərbaycan hökuməti gələn il əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların 6 milyard 10,3 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.
Eləcə də bax: Azərbaycanın 2023-cü il üzrə - DÖVLƏT BÜDCƏSİ AÇIQLANDI - TAM MƏTN - LAYİHƏ
FED.az bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,1 % çoxdur.
Gələn il ƏDV-nin 2 milyard 814,3 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3 milyard 196 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 6,9 % və 3,6 % çoxdur.
2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır. (Report)