Ticarət şəbəkələrinin təmsilçiləri tərəfindən yerli istehsalın dəstəklənməsi üçün güzəştlər, o cümlədən diferensial ƏDV dərəcəsinin tətbiqi təklif olunub.
Eləcə də bax: "ƏDV geri aı" layihəsində yenilik: Geri alınan ƏDV-nin - FAİZ DƏRƏCƏLƏRİ DƏYİŞDİRİLİR
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində təşkil olunan görüşdə səsləndirilib.
Görüşdə həmçinin yerli kənd təsərrüfatı məhsullarının alışının sənədləşdirilməsindəki çətinliklər, gəlirdən çıxılmayan xərclərin tənzimlənməsi kimi məsələlərlə bağlı təkliflər səsləndirilib, sahənin inkişafı istiqamətində müzakirələr aparılıb.
Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlər davam etdiriləcək. (Apa)