Azərbaycanda Əlavə dəyər vergisindən (ƏDV) azad olunan qurumların sayı artırılıb.
İşğaldan azad edilmiş ərazilərdə - ƏDV NECƏ QAYTARILIR
FED.az xəbər verir ki, prezident İlham Əliyev «Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı»nda dəyişiklik edib. Yeniliyə əsasən aşağıdakı təşkilatlar dövlət büdcəsindən ayrıan vəsait hesabına iş və xidmət göstərərkən ƏDV hesablanmayacaq:
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu”;
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geoloji Kəşfiyyat Agentliyi”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”;
Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi”
Dövlət Ehtiyatları Agentliyi
Azərbaycan Elm Fondu
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı”
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti
Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti.”.
Bu Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilir.