“Abşeron-M” Mənzil Tikinti Kooperativinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Vergi ödəyicisinin bank hesabındakı hansı məbləğə sərəncam qoyula bilər?
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.
Məlumata əsasən, “Abşeron-M” MTK-nın vergi borcu 1 871 651.58 manatdır. Bu vergi borcu 26.03.2024-cü il tarixinə olan məlumatdır.
Qeyd edək ki, MTK 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Orxan İsgəndərzadədir. (Banker.az)