Azərğaycanın ən byöük tikinti şirkətlərindən sayılan və iti tikinti layihələrini reallaşdırana «Azəraqrar tikinti» ASC 2018-ci il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabata əsasən, 2018-ci ildə şirkətin əməliyyat gəlirləri (dövriyyəsi) əvvəlki illə müqayisədə 30 milyon manat artaraq 105,8 milyon manata çatıb. Eyni zamanda xərclər də təqribən o qədər artaraq 73,2 milyondan 102 milyona yüksəlib. Nəticədə şirkətin 3,7 milyon manat əməliyyat mənfəəti yaranıb ki, «Azəraqrartikinti» bunun 1,2 milyon manatını inzibati xərclərə xərcləyib.
Eləcə də bax: Azərbaycanda vergidən yayınan şirkəti - BELƏ TAPACAQLAR – YENİ ÜSULLAR
Şirkət 490 min manatlıq vergi ödəyəndən sonra xalis mənfəəti 1 milyon 955,5 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 650 min manat və ya 50% artıqdır.
2018-ci ildə «Azəraqrar tikinti»nin aktivləri təqribən 5,6 milyon manat artaraq 28,4 milyon manata yüksəlib.
Qeyd edək ki, «Azəraqrartikinti» ASC dövlət qurumlarının iri tikinti tenderlərinin tez-tez qalibi olur. Təkcə 2018-ci ildə şirkət dövlət təşkilatlarından ümumi məbləği 9,1 milyon manat olan 3 tender, 2017-ci ilin sonunda (böyük ehtimalla 2018-ci ildə icra edilib) isə ümumi məbləği 2,1 milyon manat olan 5 tender qazanıb.