Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2000-3000 MANAT- VAKANSİYA
"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
"Caspian Tech" QSC işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
"PASHA Development" işçilər axtarır - VAKANSİYALAR
Satış meneceri axtarılır - MAAŞ 1500 MANATDAN BAŞLAYIR - VAKANSİYA
"Resant Group" işçilər axtarır - 600-800-1300 MANAT - VAKANSİYALAR
"Express Bank" işçi axtarır - VAKANSİYA
"Azərpoçt" işçilər axtarır - VAKANSİYALAR
"Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
"Biznes Advokat" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
"Myshops" işçi axtarır - MAAŞ 750 MANAT - VAKANSİYA
Veysəloğlu MMC
Daxili nəzarət üzrə aparıcı mütəxəssis
Son tarix 20 may 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək.
Vəzifə öhdəlikləri:
- Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən, xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək
- Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırma
- Şirkətə daxil olan strukturların və əməkdaşların xidməti fəaliyyətini tənzimləyən “normativ-hüquqi” və “təşkilati-sərəncamverici” sənədlərlə nəzərdə tutulmuş xidməti vəzifə, funksiya və səlahiyyətlərinin, onlar tərəfindən qanunvericiliyə və daxili qaydalara uyğun olaraq yerinə yetirilməsinə nəzarəti təmin etmək
- Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövrü olaraq inventariazsiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin edir
- Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunun yoxlanılması və ehtimal olunan risklərin müəyyən etmək;
- Şirkətdə mal material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifarişlə alınıb alınmamasının, standartlara uyğun saxlanması qaydalarına və şəraitinə düzgün riayət edilib edilməməsinin mütamadi olaraq monitorinq edilməsinə nəzarətin təmin edilməsi;
- Mümkün maliyyə risklərinin müəyyən edilməsi və idarəedilməsi məqsədi ilə yoxlama apardığı struktur bölmələrində neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılmasını təmin etmək
Tələblər:
- Ali (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı; problem həll etmə, analitik düşünmə bacarığı
- Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə etməsində ən azı 3 illik təcrübə;
- Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzu olunandır;
- MS Office (Word və Excel), xüsusi ilə Excel proqramında təhlil və analitik işləmə bacarığı, Mikro sistemlərindən və əl terminallarından istifadə etmək;
- SAP biliyi
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Servis xidməti
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Daxili Nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Veysəloğlu MMC
Problemli işlərin idarəolunması üzrə mütəxəssis
Son tarix 20 may 2023 [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək.
Vəzifə öhdəlikləri:
- Borcu gecikdirilən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq;
- Problemli borcların portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
- Əməkdaşa təhkim olunmuş portfel üzrə problemli borcalanlarla görüşlərin keçirilməsi;
- Ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək;
- Gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək;
- Ödənişi məhkəmə qaydası ilə təmin olunması müəyyən olunan sənədlərini təhvil-təslim aktı ilə Hüquq şöbəsinə təhvil vermək;
- Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;
Tələblər:
- İş təcrübəsi: 2 il
- Təhsil: Ali iqtisadi və ya hüquqi təhsil
- Borclularla effektiv danışıqlar və stressli hallarda işləmək bacarığı;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı
- Yüksək analitik təhlil qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Şəxsi avtomobil;
- Müştərilərlə davranış etikası;
- Ünsiyyət bacarığı;
- Ölkə ərazisi üzrə ezamiyyətlərə gedə bilmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Qanunvericiliyə uyğun olaraq ezamiyyət xərclərinin qarşılanması.
- İş qrafiki: 5 günlük, 08:00-17:00
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.
Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Problemli işlərin idarəolunması üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.