"Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
Azərbaycanın ən böyük bankı - ABB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Metak" şirkəti işçi axtarır - VAKANSİYA
"Norm Sement" işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti işçilər axtarır - Təcrübə lazım deyil - MAAŞ 400-600-800-1000 MANAT- VAKANSİYALAR
"A+A Security" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2500-3000 MANAT- VAKANSİYA
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
"Şam-Fi" MMC şirkəti işçi axtarır - VAKANSİYA
"Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR
"Asthetiklab" şirkəti işçi axtarır - MAAŞ 1000 DOLLAR - VAKANSİYA
"İrshad Electronics" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
Veysəloğlu Şirkətlər Qrupu
Daxili Auditor
Son tarix 25 sen 2022 - [email protected]
Ümumi tələblər:
- Ali iqtisadi təhsil;
- Pərakəndə satış və istehsalat sektorlarında maliyyə, mühasibatlıq, büdcə və hesabatlılıq, daxili və ya kənar audit təcrübəsi;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (“Power BI” bilikləri üstünlükdür);
- “Certified Internal Auditor (CIA)” və ya “ACCA” üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Daxili Auditor” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
Satınalma üzrə mütəxəssis
Son tarix 25 sen 2022 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Mal alım planlaşdırmasına nail olmaq və kommersiya məqsədli malların alınması üzrə fəaliyyəti həyata keçirmək.
- Tədarükçülərlə müqavilələrin danışığını aparmaq, müqaviləni hazırlanan protokol əsasında imzalanması üçün rəhbərliyə təqdim etmək.
- Alınacaq malların qiymət təklifini almaq, məhsulların etiketlərinin tərcüməsini etdirmək, məhsulların məlumatını əldə etmək.
- Alınacaq malların sifarişini hazırlamaq və SAP sistemə daxil etmək, nəqliyyat sifarişini vermək.
- Razılaşdırılmış sifarişi müvafiq tədarükçüyə göndərilməsinə nəzarət etmək və bəzi hallarda tədarükçünün sisteminə daxil etmək.
- Razılaşdırılmış sifarişi müvafiq tədarükçüdən sifarişin miqdarını kontrol etmək üçün sənəd tələb etmək və ödənməsini təşkil etmək, ödəmə prosedurunda lazım olan prosesləri yerinə yetirmək.
- İşin icrası üçün lazımi sənəd dövriyyəsini təşkil etmək.
- Sifarişə dair müəyyən dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciət edərək prosesi kontrolda saxlamaq
- Sifarişə dair gömrükləmə zamanı çıxan problemlərin həll olunması üçün bilavasitə iştirak etmək
- Sifarişə dair anbarı öncədən məlumatlandırmaq
- Sifariş anbara boşaldıldıqdan sonra keyfiyyət, kəmiyyət düzgün yüklənməməsi zamanı yaranan problemləri həll etmək, iddia məktublarının hazırlamaq.
- Cavabdeh olduğu tədarükçülərin sifariş olunan mallar üzrə stok səviyyəsini lazım olan səviyyədə saxlamaq.
- Vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı üst rəhbərlərdən gələn təlimat və göstərişləri qəbul etmək və zamanında icra etmək.
- Müəyyən olunmuş və ya tələblərə uyğun hesabatların hazırlanmasında iştirak etmək və təqdim etmək, hazırlanması ilə bağlı təkliflər vermək.
- Tədarükçülərlə olan görüşlərdə iştirak etmək və planları yaxından izləmək.
Vəzifə tələbləri:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- MS Office , xüsusilə Excel proqramını yaxşı bilmək
- Azərbaycan, Rus, və İngilis dillərini səlis bilmək
- Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək
- Problemləri operativ həll etmək
- Yüksək ünsiyyət bacarığı
- Punktuallıq və detallara diqqət etmə bacarığı
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Veysəloğlu Şirkətlər Qrupu
Daxili Təhqiqat Şöbəsinin Müdiri
Son tarix 23 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Daxili təhqiqat işinin təşkili və fəaliyyət istiqamətinə dair nəzarəti təmin etmək;
- Dələduzluq və fırıldaqçılıq faktlarının müəyyən edilməsi və qarşısının alınması məqsədilə üst rəhbərlə razılaşdırılmış şəkildə təşkilati tədbirlərin görülməsini və aidiyyəti biznes strukturları qarşısında tələb qaldırmaqla bu proseslərə nəzarəti təmin etmək;
- Daxili təhqiqat prosesləri zamanı şirkətə daxil olan digər struktur bölmələri ilə koordinasiyalı işin təşkil edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
- Daxil olan dələduzluq, fırıldaqçılıq və korrupsiya faktları ilə bağlı direktorun müvafiq qərarı ilə daxili yoxlamanın və zəruri hallarda xüsusi təhqiqatların və xidməti araşdırmaların aparılmasını təmin etmək;
- Korrupsiya və dələduzluq faktları ilə bağlı şübhəli hallar yarandıqda rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqatlar apararaq, mənimsənilmiş və vurulmuş ziyan məbləğlərinin geri qaytarılması proseslərini icra etmək;
- Müxtəlif səbəblərdən dələduzluq və fırıldaqçılıq faktları ilə bağlı ziyan məbləğlərinin geri qaytarılması təmin olunmadığı təqdirdə, rəhbərliklə razılaşdırılmış şəkildə AR Qanunveriliciyinə uyğun müvafiq təşkilatı-hüquqi tədbirlərin görülməsini təmin etmək;
- Bütün növ korrupsiya, dələduzluq və fırıldaqçılıqla mübarizə ilə bağlı kompleks tədbir və metodlar işləyib hazırlamaq;
- Xüsusi proqram vasitəsilə aşkar olunmuş dələduzluq, fırıldaqçılıq və korrupsiya faktlarının müvafiq "baza" məlumatlarının toplanılmasını təmin etmək, onların analitikasını aparmaq və saxtakarlıq səviyyəsinin azaldılması üçün müvafiq təkliflər verməklə "antifraud" tədbirlərini görmək;
- Fraud faktları ilə bağlı statistika aparmaq, aidiyəti hesabatlar hazırlayaraq üst rəhbərə təqdim etmək.
Ümumi tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə, xüsusilə risklərin idarəedilməsi sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Mənimsəmə və saxtakarlığın idarəedilməsi üzrə biliklər;
- Dəqiqlilik və detallara fikir vermə, yüksək analitik təhlil və problem həll etmə qabiliyyəti;
- Güclü idarəetmə və araşdırma bacarığı;
- Yüksək şifahi və yazılı Azərbaycan dili biliyi(İngilis dili biliyi arzuolunandır).
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Daxili Təhqiqat Şöbə Müdiri” yazmaqla, öz CV-lərini göndərə bilərlər.