Dövlət qurumu işçi axtarır - MAAŞ 3500 MANAT - VAKANSİYA
"PASHA Malls" işçilər axtarır - VAKANSİYALAR
"TuranBank" ASC işçi axtarır - VAKANSİYA
"VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
Bank Olmayan Kredit Təşkilatı işçilər axtarır - MAAŞ 800-1500-2000 MANAT - VAKANSİYALAR
"İnternational" BOKT işçilər axtarır - MAAŞ - 400-600 MANAT - VAKANSİYALAR
"Azerbaijan Coca-Cola Bottlers" işçi axtarır - VAKANSİYA
Bakıdakı Britaniya səfirliyi işçi axtarır - VAKANSİYA
"Qafqaz NET LLC" işçi axtarır - VAKANSİYA
"Turan Legal and Tax Services LLC" işçi axtarır - VAKANSİYA
"Food Packing" işçi axtarır - MAAŞ 700-1200 MANAT - VAKANSİYA
"Kapital Bank" işçi axtarır - VAKANSİYA
Qafqaz NET LLC
Təchizat üzrə Mütəxəssis
Son tarix 05 may 2023 - [email protected]
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Təchizat sahəsində ən az 3 (üç il) il, İT satınalmaları üzrə ən az 1 (bir) il iş təcrübəsi;
- İT avadanlıqlar, proqram təminatı və xidmətlər haqqında məlumatlı olmaq · Sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – işgüzar səviyyədə, İngilis dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office (Excel, Word və Outlook proqramlarında yüksək səviyyədə istifadə bacarığı), 1C;
- Yaxşı analitik (riyazi) və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqları;
- Komandada işləmək bacarığı;
- Satınalmalar sahəsində peşəkar sertifikatın (CIPS və s.) olması arzuolunandır;
Vəzifə öhdəlikləri:
- Şirkətin kommersiya fəaliyyəti istiqamətində tələbatların ödənilməsi məqsədi ilə mallar (işlər, xidmətlər) üzrə bazar araşdırması aparmaq, malların (işlərin, xidmətlərin) uyğun mənbələrini müəyyən etmək və satın alınmasını mövcud siyasət, prosedur və qaydalara uyğun şəkildə həyata keçirmək;
- Şirkətin satınalma qaydalarına uyğun olaraq tender, qiymət sorğusu, orta bazar qiymətlərini araşdırmaq məqsədi ilə məlumat sorğusu, bir mənbədən satınalma və ya auksionun təşkili və keçirilməsi üçün zəruri sənədlərin hazırlanmasında və razılaşdırılmasında iştirak etmək;
- Ən əlverişli təklif verən tədarükçü ilə standart nümunə əsasında müqavilənin hazırlanması üçün tender və ya qiymət sorğusu nəticəsində ortaya çıxan lazımı sənədləri aidiyyəti tərəfə təqdim etmək;
- Satınalmalar sahəsində şirkət daxili istifadəçilərə göstərilən xidmətin yüksək səviyyədə saxlanılmasını təmin etmək və bunun üçün lazımı tədbirləri görmək;
- Tender və ya qiymət sorğusunun elan edilməsi üçün lazım olan çatışmayan məlumatları əldə etmək, tələbnamələrdə göstərilən məlumatlar və satınalma predmetinin məqsədi arasında hər hansı bir uyğunsuzluqların aradan qaldırılması, qiymət, keyfiyyət və çatdırılma nöqteyi-nəzərdən satınalma predmetinin xüsusiyyətlərinin optimallaşdırılması, işin səmərəliliyi, məqsədyönlüyü, təşkilatın mənafeyi, maraqları və hədəflərinə cavab verən satınalma strategiyasının seçilməsi üzrə təkliflər vermək;
- Təşkilatın müvafiq şöbələrinin qərar verən şəxsləri ilə əməkdaşlıq edərək satınalma tələbnamələri üçün hazırlanan spesifikasiyalarda qeyri-müəyyənliyin aradan qaldırılmasında iştirak etmək və təkliflər vermək;
- Şirkətin və şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək.
İş rejimi:
- İş yeri – Bakı şəh., Ziya Bünyadov 43 küç.
- İş günləri – həftənin 5 günü
- İş qrafiki – 09:00 – 18:00
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.