Bu şirkətlər işçi yığır: əmək haqqı 500-600-700-800-1000-1500-2000 MANAT- 22 VAKANSİYA
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR
SOCAR-da yaradılan yeni qurum işçi axtarır - VAKANSİYA
Qeyri-bank təşkilatı işçi axtarır - MAAŞ 900 MANAT - VAKANSİYA
"Azerbaijan United Carriers" işçi axtarır - MAAŞ 1000-1500 MANAT - VAKANSİYA
Ticarət şirkəti işçi axtarır - MAAŞ 2000-2500 MANAT- VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - ÖDƏNİŞ 5000 MANAT- VAKANSİYA
PASHA Bank
Kreditləşmə üzrə Assistent
Son tarix 17 mar 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Səlahiyyətli komitəyə çıxarılmış sifarişlərin qeydiyyatının aparılması;
- Təsdiqlənmiş kreditlərin sistemdə düzgün şəkildə əks olunmasının təmin edilməsi;
- Səlahiyyətli komitə üzvlərinə gecikmələr barədə gündəlik / həftəlik hesabatların təqdim edilməsi;
- Portfelin keyfiyyəti üzrə aylıq / rüblük vintaj təhlillərin və statistik hesabatların hazırlanması;
- Sənəd və məlumatların müvafiq qovluqlara yerləşdirilməsinin təmin edilməsi;
- Kreditləşmə üzrə əlavə edilmiş şərtlərin qeydiyyatının aparılması və icra edilməmiş şərtlər barədə məlumatın səlahiyyətli komitə üzvlərinə ötürülməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar;
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq;
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq;
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
Sizdən nə tələb olunur?
- Təhsil: Ali təhsil (Maliyyə və buna uyğun digər sahələrdə olması arzuolunandır.)
- Tələb olunan iş təcrübəsi: 0-1 il
- Xarici dillər: İngilis dili (əla), Rus dili arzuolunandır.
- Kompüter bilikləri: Excel (əla), Word (orta), PowerPoint (orta)
Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis
Son tarix 17 mar 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Service Desk vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həlli;
- Telefon və İM vasitəsilə texniki dəstək mərkəzinə daxil olan işlə bağlı bütün sorğuların qeydiyyatının aparılması;
- Əməkdaşlara verilən bütün İT avadanlıqlarının qeydiyyatının aparılması;
- Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan işlə əlaqəli sorğulara baxılmasının prioritetləşdirilməsi;
- Service Desk vasitəsi ilə qeydiyyata alınan, lakin Son istifadəçilərə dəstək qrupuna aid olmayan sorğuların vaxtında Help Desk qrupuna yönləndirilməsi;
- Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə məsləhətlərin verilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: informasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
- Təcrübə: müvafiq sahə üzrə minimum 0-1 il iş təcrübəsi.
- Xarici dil: ingilis və ya rus dili bilikləri arzuolunandır.
- Kompüter bilikləri: "Microsoft OS" və Microsoft Office" proqramları üzrə biliklər.
- Məhsul biliyi: texniki dəstək sistemi.
- Bazar biliyi: inzibati / texniki dəstək üzrə təcrübə.
- Digər: yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratma bacarığı.
Hesabatlıq üzrə Mütəxəssis (MİS)
Son tarix 17 mar 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Təşkilatın bütün əməkdaşlarının hesabatlıq və təhlil məqsədləri üçün maliyyə və qeyri-maliyyə məlumatlarla təmin edilməsi;
- Növbəti eyni və/və ya oxşar istəklər üçün məlumatın təmin etmə müddətinin optimallaşdırılması;
- İstifadəçilər üçün müntəzəm hesabatların hazırlanması;
- İstifadəçilər üçün tələb olunan detallıqda birdəfəlik hesabatların hazırlanması;
- Gündəlik gələn məlumat sorğularının sayının azaldılması;
- Məlumat bazası ilə iş (məlumat keyfiyyətinin yoxlanılması, məlumatların təhlili).
- Daxili hesabat sisteminin inkişafına töhfə vermək və prosesin davamlı olaraq təkmilləşdirilməsinə dəstək olmaq;
Sizdən nə tələb olunur?
- Təhsil: maliyyə, iqtisadiyyat və riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
- Təcrübə: bank sektorunda iş təcrübəsinin olması arzu ediləndir.
- Xarici dil: ingilis dili biliyi arzu ediləndir.
- Kompüter bilikləri: "Microsoft Office" proqramları, SQL üzrə biliklər.
- Digər: ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara nəzarət.
Kiçik Müştəri Meneceri / Müştəri Meneceri
Son tarix 17 mar 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edlən bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi.
- Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması.
- Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması.
- Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi.
- Müştərilər kredit üçün muraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq.
- Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim edilməsi.
- Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi.
- Fəaliyyəti haqqında rəhbərliyə günlük/həfətəlik/aylıq hesabat verilməsi.
- Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davaranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq).
- Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi o control customer portfolio profitability.
- Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahə
- Tələb olunan iş təcrübəsi: 1-3 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları
- Başqa tələblər: KOS Bankçılıq( kreditin təhlili və satış) sahəsində 1-3 illik təcrübə
APİ və Vəsaitlərin Köçürülmə Dəyərlənməsi üzrə Mütəxəssis
Son tarix 09 mar 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Bankın Aktiv və Passivlərin idarə edilməsi məqsədilə gündəlik hesabatların hazırlanması;
- Likvidlik risklərinin idarə olunmasında bankdaxili qaydalara və requlyativ normalara riayət olunmasının təmin edilməsi;
- FTP (Funds Transfer Pricing) hesabatlarının hazırlanması və effektiv tətbiqində şöbənin işinə dəstək vermək;
- Bankın likvidlik, faiz və məzənnə risklərindən qorunması istiqamətdə görülən işlərində yaxından iştirak etmək;
- Sərbəst vəsaitlərin idarə edilməsi və maliyyə bazarlarında investisiya fəaliyyəti məqsədilə müvafiq təkliflərin hazırlanması və monitorinqi;
- Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatların hazırlanması;
- Bankın biznes fəaliyyəti üçün davamlı olaraq tələb olunan maliyyə resursların təmin edilməsi məqsədilə təhlillərin aparılması və proqnozlaşdırılması;
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq;
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək;
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 2 il
- Lisenziya / Sertifikat: CFA 1-ci səviyyə və ya FRM 1-ci səviyyə (arzu olunandır)
- Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
- Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
- Maliyyə Bazarları üzrə biliklər: Yerli və xarici maliyyə bazarları və məhsullar üzrə biliklər