Təcili: "Azercell" işçilər axtarır - VAKANSİYALAR
"A-Group" işçi axtarır - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"Yapi Kredi Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
"AccessBank" işçi axtarır - VAKANSİYA
"PASHA Malls" işçilər axtarır - VAKANSİYALAR
"AzerGold" CJSC işçilər axtarır - VAKANSİYALAR
"Kontakt Home" yuxarı və aşağı vəzifələrə çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Leobank" işçi axtarır - VAKANSİYA
"OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
Kontakt Home
Müştəri xidmətlərinin idarə edilməsi departamentinin direktoru
Son tarix 12 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Müştəri rəylərinin analiz edilməsi, qiymətləndirilməsi və həlli üçün lazımi tədbirlərin hazırlanması və tətbiq edilməsi;
- Məmnuniyyət hədəflərinə nail olmaq üçün müştəri xidmətləri üzrə fəaliyyət planlarının hazırlanması;
- Müştəri məmnuniyyətinin tədqiq edilməsi və ölçülməsi mexanizmlərinin təkmilləşdirilməsi;
- Müştəri xidmətləri komandasının ümumi fəaliyyətinin yönləndirilməsi, idarə edilməsi və nəzarət edilməsi;
- Müştəri xidmətləri şöbəsi ilə şirkətin digər bölmələri arasında sıx əlaqələrin saxlanılmasına nəzarət edilməsi;
- Razılaşdırılmış meyarlara uyğun olaraq hədəflərin yerinə yetirilməsini təmin etmək üçün bütün komanda üzvlərinin performansı, inkişafı və ümumi fəaliyyətinin qiymətləndirilməsi və idarə edilməsi;
- Müştəri xidmətləri ilə bağlı biznes məqsədləri və vəzifələrinə çatan mədəniyyət və proseslərin yaradılması və təkmilləşdirilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis azərbaycan və rus dili biliyi;
- Müvafiq sahədə rəhbər olaraq minimum 3 illik iş təcrübəsi;
- Detallara və nəticəyə yönümlülük;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, analitik və sisitematik düşüncə tərzi;
- Mükəmməl səviyyədə liderlik, ünsiyyət və layihə idarəetmə bacarıqları.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Biznes proseslərin idarə olunması şöbəsinin rəhbəri
Son tarix 12 avq 2023 Müraciət et
Təsvir:
- Biznes proseslərinin yerinə yetirilməsi ilə bağlı peşəkar ölçmə və monitorinq, eləcə də rəyin verilməsi;
- Şirkətin strateji biznes məqsədlərinə nail olmaq üçün biznes proseslərinin müəyyən edilməsi və yaradılması;
- Biznes problemlərinə innovativ həllərin yaradılmasına yönəlmiş məqsədlərin və proseslərin icra edilməsi;
- Biznes prosesindən əldə edilən nəticələrə müsbət təsir göstərmək məqsədi ilə yeniliklərin gətirilməsi;
- Şirkətin öz biznes məqsədlərinə nail olmaq üçün ümumi fəaliyyətinin təkmilləşdirilməsi;
- Proses çərçivəsində məlumatların toplanılması və bu məlumatların şirkətin inkişafı üçün tətbiq edilməsi;
- Şirkətin biznes proseslərinin optimallaşdırılması üçün digər struktur bölmələrinin əməkdaşları ilə iş birliyinin təmin edilməsi;
- Şirkətin biznes proseslərinin yaxşılaşdırılması istiqamətində bazardakı istənilən dəyişikliyə sürətli reaksiya verilməsi;
- Şirkətin iş prosesində hər hansı bir qüsurun aşkarlanıb aradan qaldırılması və həmçinin yüksək keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi – 3 ildən;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Visio, Microsoft Project ilə işləmə bacarığı;
- BPMN v 2.0 və UML üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Kiçik mühasib
Son tarix 12 avq 2023 Müraciət et
Təsvir:
- Cəmiyyətin debitor və kreditor müəssisələr arasında olan, müəyyən dövr üzrə hesablaşmaları əks etdirən əməliyyatların yoxlanılması;
- Üzləşməyən əməliyyatların araşdırılması və qarşı tərəflərlə razılaşdırılması;
- Üzləşmə aktlarının tərtib edilməsi.
Tələblər:
- Maliyyə və ya Audit istiqamətində ali təhsil;
- Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi (xüsusi ilə Excel və 1C 7.7, 8.3, mikro fly ) üzrə yaxşı bilik və bacarıqlar;
- Dil bilikləri - Azərbaycan dilinin mükəmməl, ingilis və rus dilinin işlək səviyyədə olması;
- Müvafiq sahədə 1 il iş təcrübəsi .
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Kreditor (Şamaxı)
Son tarix 12 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Müştərilərə kredit məhsulları haqqında məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbul və analiz edilməsi;
- Müştəri hesablarının aparılmasına dair xidmətlərin göstərilməsi;
- Daxil olan müraciətlərin vaxtında icra olunması və müvafiq sənədlərin tərtib olunması;
- Hissəvi satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumatın verilməsi;
- Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına daxil edilməsi;
- Kredit portfelinə nəzarətin həyata keçirilməsi;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı);
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Ünsiyyətcillik, təşəbbüskarlıq;
- Komandada işləmək bacarığı;
- Mükəmməl kommunikasiya qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İş şəraiti:
- İş günləri: 6 gün iş, 1 gün istirahət;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Merçendayzer
Son tarix 11 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
- Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;
- Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;
- Merçendayzinqin əsaslarını üzrə biliklər;
- Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;
- Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
- İş ilə bağlı səyahət etmək imkanı.
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Problemli ödənişlər üzrə operator
Son tarix 11 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Gecikmədə olan müştərilərlə telefon vasitəsi ilə ünsiyyətin yaradılması;
- Problemli ödənişlərin həyata keçirilməsinin təmin edilməsi;
- Problemlərin statusu barədə müvafiq struktur bölmələrinə məlumatın təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: həftədə 5 iş günü, 2 gün istirahət;
- İş saatı: 10:00-19:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bölgü üzrə kiçik mütəxəssis
Son tarix 10 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən mağaza vitrinlərinin, mağaza anbarlarının, regional anbarların lazım sayda məhsulla təmin olunmasının icrası;
- Gündəlik olaraq daxil olan sorğular əsasında sistem üzərindən məhsulların mağazalar və anbarlar arası yerdəyişmə əməliyyatlarının icrası;
- Yeni açılan mağazalar üçün məhsulların sistem üzərindən rezerv olunması, eləcə də bağlanan mağaza qalıqlarının anbara və ya mağazalara yerdəyişmə edilməsi;
- Sorğu əsasında müştəri məhsullarının sistem üzərindən mağaza və anbarlar arası yerdəyişmə edilməsi;
- Məhsul üzrə menecerlərin sorğusu əsasında təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə geri çəkilməsi;
- Bölgü zamanı aşkar olunan uyğunsuzluqlar barədə aidiyyəti şöbələri, əməkdaşları məlumatlandırmaq;
- Gündəlik olaraq gözləmə qalıqlarının yoxlanması, məhsulların gözləmə qalığında təyin olunan vaxtdan çox qalmamasına nəzarət edilməsi;
- Marketing, təlim və s. şöbələrdən daxil olan sorğular əsasında məhsulların müvafiq daxili istifadə qalıqlarına yerdəyişmə edilməsi;
- Görülən işlə əlaqəli şirkətdaxili şöbə və bölmələrlə məlumat və sənəd mübadiləsinin təşkili;
- Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.
Tələblər:
- Ali təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
- Anbar əməliyyatları üzrə nəzəri və praktiki biliklər;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
- Punktuallıq və detallara diqqət etmə bacarığı;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişlərinin olması;
- Riyazi, məntiqi biliklər;
- Analitik düşünmə, təhliletmə qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı;
- Sərbəst qərar verə bilmə bacarığı;
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, ədalətlilik.
İş şəraiti:
- İş qrafiki: I-VI günlər
Rəqəmsal marketinq üzrə mütəxəssis
Son tarix 10 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Yeni reklam kanallarının və digər marketinq alətlərinin araşdırılması və iş birliyinin aparılması;
- Müxtəlif rəqəmsal marketinq kanalları üzərindən kommunikasiyaların qurulması;
- Reklam kanallarının və kampaniyaların analiz edilməsi;
- Analizə əsasən optimizasiyaların aparılması;
- Analizə əsasən hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Kommunikasiya üçün zəruri olan vizualların hazırlanmsına nəzarət etməlidir.
Tələblər:
- Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- Səlis azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
- Meta Ads, Google Ads, Yandex Direct bilikləri;
- Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika);
- Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri;
- ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
- SEO üzrə biliklər arzu olunandır;
- Excel və ya Google Sheet bilikləri;
- Kollektiv və fərdi işləmə bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təftiş üzrə kiçik mütəxəssis
Son tarix 10 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Qarşıya qoyulmuş tapşırıqların tələb olunan müddət və keyfiyyətdə həyata keçirilməsi;
- Planlaşdırılmış və qəfləti mal qalığının inventarizasiyasının aparılması;
- Kassa qalıqlarının yoxlanılması;
- Müvafiq hesabatların hazırlanması;
- Rəhbərliyin göstərişi ilə digər tapşırıqların həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- Mebel və istehsalat üzrə iş təcrübəsi;
- Səlis Azərbaycan dil biliyi, Rus dili üstünlükdür;
- Microsoft Office proqramlarında yaxşı səviyyədə çalışma bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Güclü analitik bacarıqları;
- Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
- İş ilə bağlı ezamiyyə etmək imkanı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00 / 10:00-19:00;
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İrad zənglərinin qəbulu üzrə inzibatçı
Son tarix 10 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi, eyni zamanda digər sualların operativ cavablandırılması;
- Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;
- Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;
- Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;
- Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: 5 iş günü, 2 gün istirahət;
- İş saatı: 09:00-18:00 / 12:00/21:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Sürücü (çatdırılma xidməti üçün)
Son tarix 12 avq 2023Müraciət et
Vəzifə öhdəlikləri:
- Məişət və mebel məhsullarının çatdırılmasının həyata keçirilməsi;
- Müştəri ilə təhvil-təslim prosesinin həyata keçirilməsi;
- Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
- İş günləri: 6 gün iş, 1 gün istirahət
Tələblər:
- Sürücülük vəsiqəsi (BC kateqoriya);
- Sürücülük təcrübəsi (minimüm 5il);
- Yükləmə, boşaltma və daşınma qaydaları üzrə biliklər;
- Səlis Azərbaycan dili bilikləri, Rus dili biliyi arzu olunandır;
- Ərazini yaxşı tanıması vacibdir;
- Fiziki cəhətdən sağlam;
- Məsulliyyətli, punktual, komandada işləmək bacarığı.
Sürücü (Bərdə)
Son tarix 12 avq 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Müştəri ünvanlarına və mağazalararası məhsulların çatdırılması;
- Məhsulların təhvil-təslim prosesinin həyata keçirilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icra edilməsi;
- Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl edilməsi.
Tələblər:
- Sürücülük vəsiqəsi (BC kateqoriya);
- Sürücülük təcrübəsi (minimüm 3il);
- Yükləmə, boşaltma və daşınma qaydalarını bilməli;
- Ərazini yaxşı tanımalı;
- Fiziki cəhətdən güclü olmalı;
- Məsulliyyətli, punktual, komandada işləmək bacarığı;
İş şəraiti:
- İş günləri: 6 gün iş, 1 gün istirahət.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.