Təcili: "Azercell" işçilər axtarır - VAKANSİYALAR
"A-Group" işçi axtarır - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"Yapi Kredi Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
"AccessBank" işçi axtarır - VAKANSİYA
"PASHA Malls" işçilər axtarır - VAKANSİYALAR
"AzerGold" CJSC işçilər axtarır - VAKANSİYALAR
"Kontakt Home" yuxarı və aşağı vəzifələrə çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Leobank" işçi axtarır - VAKANSİYA
"OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
AzerGold CJSC
Təchizat şöbəsinin mütəxəssisi
Son tarix 10 avq 2023 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını (Əsas Şərtlər Toplusunu hazırlamaq, sifarişçi və Tender Komissiyası ilə razılaşdırılmasını, müvafiq qaydada elan olunmasını təmin etmək və s.), tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender Komissiyasına məlumat vermək;
- Kotirovka sorğusunun nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender Komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
- Kotirovka sorğusu üzrə müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
- Təlimlər ilə əlaqədar daxil olan sifarişlərin həyata keçirmək;
- Şöbənin sifarişçisi olduğu proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
- Təchizat və satınalma prosesləri və ümumi prinsipləri bilməli;
- MS Office proqramları və ERP üzrə işləmə bacarığı;
- Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri;
- Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali Təhsil.
- Müvafiq sahədə 1 ilədək iş təcrübəsi.
İş qrafiki:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günüdür.
Tikinti mühəndisi
Son tarix 10 avq 2023 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Tikinti sahəsinin, təmir-bərpa işlərinin görüləcək sahəsinin hazırlığına nəzarət edilməsi və lazımi təlimatların verilməsi;
- Tikinti və ya təmir üzrə icra edilmiş işlərin hesabatlarının aparılmasını təmin etmək;
- Podrat və subpodrat təşkilatların işlərinin plan üzrə koordinasiya edilməsində iştirak etmək;
- Podrat və subpodrat təşkilatlar tərəfindən işlərin düzgün, keyfiyyətli və aidiyyatı üzrə qurumlardan təsdiqlənmiş layihələr üzrə icra edilməsinə nəzarət etmək;
- Təmir və bərpa üçün ehtiyac yaranmış mal-materialların, avadanlıqların iş həcmlərinin hesablanmasını təmin etmək;
- Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsi;
- Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
- Cəmiyyətin sifarişi əsasında fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlər tərəfindən icra olunan tikinti və təmir layihələrin gedişatını izləmək, ətraflı məlumat toplayaraq aidiyyəti üzrə müvafiq hesabatlar təqdim etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müvafiq qanunvericilik aktları və normalarını;
- Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Mühəndis ixtisası üzrə ali təhsil;
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Avadanlıqlar üzrə baş mexanik
Son tarix 12 avq 2023 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Avadanlıqların və mexanizmlərinin quraşdırılmasını, rüblük xəbərdarlıq təmirini və əsaslı təmirinə dair plan-qrafikin hazırlanması, tərtibi, təmini və yerinə yetirilməsi.
- Avadanlıqların vəziyyətinə və düzgün işləməsinə texniki nəzarəti həyata keçirir.
- Təsdiq edilmiş qeydiyyat jurnallarında yoxlamanın nəticələrini avadanlıqların istismara yararlılığını imzası ilə təsdiq edir.
- Avadanlıqların təmiri üçün Qüsur hesabatını tərtib edir.
- Zəruri olan vacib ehtiyat hissələrinin, materialların və alətlərin alınması üçün rüblük və illik sifarişləri hazırlayır.
- Avadanlıqların (dəyirmanlar, detox avadanlığı, konveyorlar, çənlər, o cümlədən nasoslar, qaldırıcı mexanizmlər, pres-filterlər, kompresseorlar, qızdırıcılar və s.) profilaktik təmir cədvəlinə uyğun olaraq təmir işlərinin aparılmasını təşkil edir və ona nəzarət edir.
- İşin qaydasını, ardıcıllığını müəyyən edən, onların təhlükəsizliyini təmin etmək üçün lazımi materialların və vasitələrin mövcudluğunu müəyyən edən bütün təmir növlərinə dair təlimatları (axın sxemləri, təlimatlar, prosedurlar, işin təşkili layihələri) tərtib etməlidir.
- Avadanlıqlarının quraşdırma və əsaslı təmirdən sonra istismara verilməsi üzrə komissiyaların işində iştirak etməlidir.
- Materialların, ehtiyat hissələrinin və alətlərin vaxtında qəbulunu, uçotunu, düzgün saxlanmasını, təhlükəsizliyini və səmərəli istifadəsini təmin edir. Sahə avadanlığının mövcudluğu və hərəkəti, ehtiyat hissələrinin spesifikasiyası üzrə müvafiq sənədləşmənin aparılmasını təmin etməlidir.
- Yükqaldırma mexanizmlərini və dövlət nəzarətində olan digər obyektləri yoxlayan orqanlara təqdim etmək üçün hazırlamalıdır.
- Dağ-mədən avadanlıqlarının təmiri və optimallaşdırılması ilə əlaqədar səmərələşdirici təkliflərə və ixtiralara baxır, onlara rəylər verir, qəbul edilmiş təkliflərin konkret istehsal şəraitində həyata keçirilməsini təmin etməlidir.
- Təmir və digər işlər görüldükdən sonra personalın iş yerlərinin təmizliyini təmin etməlidir.
- Əməyin mühafizəsi qayda və normalarının tələblərinə uyğun olaraq işin təşkilini təmin etməlidir.
- İstehsal avadanlıqlarının, alət və alətlərin, nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizliyi təmin etməlidir.
- İstehsalatda xəsarətlərin və peşə xəstəliklərinin qarşısının alınması üçün tədbirlər həyata keçirməlidir.
- Təhlükəsiz iş iş şəraitinin yaradılması üçün ən yaxşı təcrübələri təbliğ edir və həyata keçirir.
- Əməyin mühafizəsi sahəsində işçilərlə, onların səlahiyyətli nümayəndələri ilə əməkdaşlıq edir. İşçilərin iş şəraitinə nəzarət edir və nöqsanların aradan qaldırılması üçün tədbirlər görür.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri (texniki səviyyədə) arzuolunandır.
- Liderlik qabiliyyəti, məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq, həm müstəqil həm də komandada işləmə təcrübəsi, eyni vaxtda bir neçə işə fokuslana bilməsi,
- Dağ-mədən avadanlıqlarının təmirinin təşkili ilə bağlı digər rəhbər, metodiki və normativ materialları bilməlidir.
- Sahənin texniki inkişafı perspektivləri, avadanlığın texniki xarakteristikalarını və konstruksiya xüsusiyyətlərini, təyinatını və iş rejimini, onun texniki istismarı qaydalarını bilməlidir.
- Planlaşdırma üsulları; təmir işlərinin təşkili və texnologiyasını bilməlidir.
- Avadanlıqların pasportlarının, istismar təlimatlarının, qüsurlu çıxarışların, təmir qrafiklərinin tərtib edilməsi qaydasını bilməlidir.
- Avadanlığın təmirdən sonra qəbulu və təhvil verilməsi qaydalarını bilməlidir.
- İstehsal texnologiyasının əsaslarını bilməlidir.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Aidiyyatı üzrə ali təhsil.
- Rəhbər kimi ən azı 3 il iş təcrübəsi və avadanlıqların istismarı, təmiri üzrə texniki işlərdə ən azı 5 il iş təcrübəsi tələb olunur.
İş qrafiki:
- İş saatları: 08:00 – 17:00;
- Nahar fasiləsi: 12:00-13:00;
- Şənbə və Bazar istirahət günüdür.