"AZAL" işçi axtarır - VAKANSİYA
"Army Group" işçilər axtarır - MAAŞ 1000-1500-3000 MANAT - VAKANSİYALAR
"PASHA Holding" işçilər axtarır - VAKANSİYALAR
"AccessBank" işçilər axtarır - VAKANSİYALAR
"Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Araz Supermarket" işçilər axtarır - VAKANSİYALAR
Dövlət komitəsi işçilər axtarır - VAKANSİYALAR
"Amoris" işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
"Penoplex Prikavkazye" işçilər axtarır - MAAŞ 780-1040 MANAT - VAKANSİYALAR
Kontakt Home
Korporativ kommunikasiyalar üzrə aparıcı mütəxəssis
Son tarix 24 iyl 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin strategiya, məqsəd və dəyərlərinə uyğun hərtərəfli korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi, ehtiyac olduqda yazılması;
- Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
- Böhran kommunikasiyalarının effektiv idarə edilməsi;
- Daxili kommunikasiya strategiyasının yaradılması və tətbiqində iştirak;
- Şirkətin missiya və dəyərlərinin əməkdaşlara aşılanması məqsədilə mütəmadi olaraq bu istiqamətdə layihələrin hazırlanması və icrası;
- PR layihələrinin büdcələndirilməsinə iştirak, hesabatlılığın aparılması;
- Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsi
- Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
- Ölkədaxili və ölkəxarici səfərlərdə iştirak və onların işıqlandırılmasının təmin edilməsi;
- Podratçı şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi;
- Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə);
- Səlis azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür;
- Mükəmməl yazılı və şifahi kommunikasiya və təqdimat bacarıqları, detallara diqqət;
- Sahə üzrə minimum 5 il iş təcrübəsi:
- Korporativ brendinq anlayışı, nüfuz idarəçiliyi və böhran kommunikasiyaları anlayışları üzrə dərin biliklər;
- Korporativ Sosial Məsuliyyət layihələrinin idarə edilməsi üzrə təcrübə;
- Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür;
- İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Merçendayzer
Son tarix 24 iyl 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
- Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;
- Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;
- Merçendayzinqin əsaslarını üzrə biliklər;
- Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;
- Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
- İş ilə bağlı səyahət etmək imkanı.
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İrad zənglərinin qəbulu üzrə inzibatçı
Son tarix 24 iyl 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi, eyni zamanda digər sualların operativ cavablandırılması;
- Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;
- Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;
- Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;
- Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: 5 iş günü, 2 gün istirahət;
- İş saatı: 09:00-18:00 / 12:00/21:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqəmsal marketinq üzrə mütəxəssis
Son tarix 24 iyl 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Yeni reklam kanallarının və digər marketinq alətlərinin araşdırılması və iş birliyinin aparılması;
- Müxtəlif rəqəmsal marketinq kanalları üzərindən kommunikasiyaların qurulması;
- Reklam kanallarının və kampaniyaların analiz edilməsi;
- Analizə əsasən optimizasiyaların aparılması;
- Analizə əsasən hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Kommunikasiya üçün zəruri olan vizualların hazırlanmsına nəzarət etməlidir.
Tələblər:
- Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- Səlis azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
- Meta Ads, Google Ads, Yandex Direct bilikləri;
- Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika);
- Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri;
- ROMI, ROI, ROAS göstəriciləri ilə işləmə bacarığı;
- SEO üzrə biliklər arzu olunandır;
- Excel və ya Google Sheet bilikləri;
- Kollektiv və fərdi işləmə bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Satış Məsləhətçisi (Şamaxı)
Son tarix 22 iyl 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
- Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
Tələblər:
- Azərbaycan dilini səlis, rus dili arzu olunandır;
- Satış təcrübəsi arzu olunandır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;
- Satış qabiliyyəti.
İş şəraiti:
- İş qrafiki: Növbəli;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.
Daxili kommunikasiyalar və işçi bağlılığı üzrə mütəxəssis
Son tarix 22 iyl 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətdaxili strateji kommunikasiya planlarının qurulmasına dəstək;
- Sorğuların nəticələrinə əsasən tədbirlər planının hazırlanmasında iştirak edilməsi;
- Yeni qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin həyata keçirilməsinə dəstək göstərilməsi;
- İşçi bağlılığının artırılması istiqamətində təkliflərin hazırlanması;
- Tədbirlərin təşkilində iştirak edilməsi;
- İşəgötürən brendinin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (Sosial elmlər üzrə olması arzuolunandır)
- Müvafiq sahədə 2-3 il təcrübə
- Yüksək səviyyədə azərbaycan dili bilikləri (şifahi və yazılı), yaxşı səviyyədə rus və ingilis dili biliyi;
- Yüksək səviyyədə kommunikasiya qurmaq bacarıqları;
- Təşkilatçılıq və idarəetmə bacarıqları;
- Qeyri iş saatlarında tədbirlərin təşkil edilməsi və Regionlara səfər etmə imkanı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Sayım üzrə mütəxəssis
Son tarix 22 iyl 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
- İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
- İş planına əsasən anbarlarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
- Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
- Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
- Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
- Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaratmamalı;
- Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
- Hazırlanmış check list əsasında anbar ərazilərinin auditini həyata keçirmək;
- Əlaqəli şöbələrlər məlumat və sənəd mübadiləsinin təşkili;
- Yeni cəlb olunmuş əməkdaşların adaptasiya və təlim işinin təşkil edilməsi;
- İş prosesinin sürətlənməsi və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində yeni təkliflərin hazırlanıb rəhbərliyə təqdim olunması;
- Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.
Tələblər:
- Ali təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
- Audit sahəsi üzrə nəzəri və praktiki biliklər;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri arzuolunandır;
- MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişlərinin olması;
- Riyazi, məntiqi biliklər;
- Analitik düşünmə, təhliletmə qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı;
- Sərbəst qərar verə bilmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: I-V günlər