"AZAL" işçi axtarır - VAKANSİYA
"Army Group" işçilər axtarır - MAAŞ 1000-1500-3000 MANAT - VAKANSİYALAR
"PASHA Holding" işçilər axtarır - VAKANSİYALAR
"AccessBank" işçilər axtarır - VAKANSİYALAR
"Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçilər axtarır - VAKANSİYALAR
"Araz Supermarket" işçilər axtarır - VAKANSİYALAR
Dövlət komitəsi işçilər axtarır - VAKANSİYALAR
"Amoris" işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
"Penoplex Prikavkazye" işçilər axtarır - MAAŞ 780-1040 MANAT - VAKANSİYALAR
Express Bank
Texniki Dəstək Şöbəsinin Mütəxəssisi
Son tarix 24 iyl 2023 Müraciət et
Təsvir:
- Şirkətə məxsus kompüter və printer avadanlıqlarının fəaliyyətini təmin etmək və avadanlıqlarda baş vermiş nasazlıqları yerində həll etmək;
- Yeni İT infrastrukturunun və avadanlıqlarının inkişaf etdirilməsində və onların təminatında iştirak etmək;
- Kompüter şəbəkələrinin monitorinqini aparmaq və şəbəkələrdə yaranmış nasazlıqları aradan qaldırmaq;
- Program təminatında texniki probemləri aradan qaldırmaq;
- LAN, WAN, WiFi şəbəkələrinin işini dəstək səviyyəsində təmin etmək;
- “Hardware” və “Software” sistemlərini quraşdırmaq;
- Daxili layihələrin idarə edilməsi;
- Texniki sənədlərin yazılması;
- Yeni texnologiyaların öyrənilməsi və tətbiq.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Tələblər:
- Dil bilikləri: Azərbaycan ,Rus dillərini əla, İngilis dilini orta səviyyədə bilməli;
- Windows 8.1 - 10 əməliyyat sistemləri ilə işləmək bacarığı;
- Punktuallıq və ünsiyyətcillik;
- Dəqiqlik və detallara diqqət yetirmək bacarığı;
- Məqsədyönlülük;
- TCP/IP və OSI modelləri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri, VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange 2010/2012 haqqında fundamental biliklər;
- Korporativ yazışma bacarığı, prosedur qaydalarına riayət;
- CompTIA (A+) sertifikatı olan namizədlərə üstünlük veriləcək.
Məlumat mərkəzi şöbəsinin mütəxəssisi
Son tarix 23 iyl 2023 - Müraciət et
Təsvir:
- Telefon zənglərini cavablandırır;
- Müştərilərə şöbənin fəaliyyət sahəsinə uyğun məsləhət tipli dəstək göstərir. Yaranmış sualın cavablandırılmasında köməklik göstərir;
- Təsdiq olunmuş ədəbiyyat siyahısına uyğun danışıq texnologiyası və texnikası tətbiq edir;
- Müştəriyə xidmət, tarif, prosedur və aksiyalar ilə bağlı bütün lazımı məlumatları təqdim edir;
- Məlumat bazasına qəbul olunmuş informasiyanı sistemə daxil edir;
- Zəruri informasiyanın alınması məqsədilə müştərilərlə əlaqə saxlayır (informative xarakterli zənglər; sorğu/anket);
- Müştərilərin müraciətlərinin qeydiyyatını aparır və aidiyyəti üzrə yönləndirir.
- Müştərilərin təklif və şikayətlərini qeydə alır və aidiyyəti üzrə yönləndirir;
- Aylıq hesabat təqdim edir.
Əlavə məlumatlar:
- İş vaxtı: 09:00-18:00
- İş qrafiki - 5gün
- Əmək haqqı razılaşma əsasında.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Tələblər:
- Ali təhsil;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq qabilliyyəti;
- Müvafiq sahə üzrə 6 ay iş təcrübəsi arzuolunandır.