Kapital Bank
Birbaşa satışlar bölməsində kiçik mütəxəssis
Son tarix 25 iyl 2025 - Müraciət et
Rol haqqında
- Birbank namizədləri Satış kanalları departamentinin Birbaşa satış və xidmət şöbəsinin Birbaşa satışlar bölməsi üzrə Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
- Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərmək;
- Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirmək;
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, Bankın filiallarına yönləndirilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələb olunan bacarıq və təcrübə
- Ali təhsil
- Satış bacarığı
- Məsuliyyətlilik;
- Operativlik;
- Qərar qəbuletmə bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Müştərilərlə danışma qabiliyyəti;
- Microsoft Office proqramları üzrə biliklər.
İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyamıza müraciət edə bilərsiniz.