Azersun Holding
İşə qəbul üzrə baş mütəxəssis
Son tarix 25 iyl 2025 - Müraciət et
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis- Yaxşı;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Əla;
- Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Problemləri həll etmək bacarığı olmalı.
İş haqqında məlumat:
- İş xüsusiyyətləri, vəzifə təlimatı əsasında vəzifə tələblərini müəyyənləşdirmək;
- Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
- Qısa namizəd siyahısının tərtibi və onlara dair ətraflı məlumatların verilməsi;
- Namizədlərin şirkətə, daxili korporativ mədəniyyətə uyğunluğunun araşdırılması və qiymətləndirilməsi;
- İlkin seçimlərdən keçmiş namizədlərin testlərdən və panel müsahibələrdən keçirilməsi;
- Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesini həyata keçirmək;
- Təsdiqlənmiş namizədlərə iş təkliflərini hazırlamaq;
- Namizədin iş yerinin təşkili, ilk iş günü qarşılanması, orientasiya təlimlərində iştirakı və adaptasiya prosesinə dəstəyin göstərilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Servis xidməti mövcuddur;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər və ya Mürcaiət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İşə qəbul üzrə baş mütəxəssis” göstərməyiniz xahiş olunur.