Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-600-700-800-1000-1200-1500-2000 manat - 20 VAKANSİYA
"Horizon Group" işçi axtarır - VAKANSİYA
"Mətanət A" işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000-3500 MANAT- VAKANSİYA
Bakıdakı ABŞ səfirliyi işçi axtarır - VAKANSİYA
"PASHA Holding" işçilər axtarır - VAKANSİYALAR
"Unibank" işçi axtarır - VAKANSİYA
"Ziraat Bank Azərbaycan" ASC işçi axtarır - VAKANSİYA
"Nar" işçi axtarır - VAKANSİYA
"AccessBank" işçi axtarır - VAKANSİYA
"Sharaf Media" işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
Horizon Group
Mühasib
Son tarix 26 fev 2023 - [email protected]
İş qrafiki: 9:00-18:00 / Bazar ertəsi – Cümə
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu və vergi uçotu üzrə ilkin sənədləşmənin təşkili (Kassa mədaxil və məxaric orderlərinin, təhviltəslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, ödəniş tapşırıqlarının və üzləşmə aktlarının tərtib edilməsi) ;
- Göndərilən e-qaimələrin (satış və geri qaytarma) yazılması, gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi;
- Onlayn kargüzarlıq vasitəsilə dövlət vergi orqanları və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması ;
- Bank və kassa əməliyyatlarının icrası, ƏDV deposit hesablarından ödənişlərin həyata keçirilməsi;
- İşçilərin işə qəbulu və işdən azad edilməsi ilə bağlı müvafiq əməliyyatların aparılması, habelə həmin əməliyyatlara dair zəruri sənədləşmənin təşkil olunması (o cümlədən sığorta, son haqq-hesab, məzuniyyət və.s);
- İcra olunan əməliyyatlar haqqında məlumatların “1C” proqramına daxil edilməsi;
- Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə, DSMF-yə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edilən hesabatların hazırlanması və adiyyəti üzrə göndərilməsi;
- Rəhbərliyin və müştərilərin görülən işlər və onların nəticələri barədə müntəzəm məlumatlandırılması.
Namizədə tələblər:
- Təhsil: Ali (maliyyə və mühasibatlıq sahəsində)
- Yaş həddi: 23-30
- Dil bilikləri: Azərbaycan dili - səlis (şifahi və yazılı), rus və ingilis dili – arzuolunandır
- Texniki biliklər və bacarıqlar:
- 1C 8.3 “ERP” sistemindən və “MS Office” proqram təminatı paketindən (xüsusilə Excel) sərbəst istifadə;
- ƏDV, ÖMV, mənfəət (gəlir) vergisi, sadələşdirilmiş vergi, əmlak vergisi bəyannamələri, DSMF, İTS, İS üzrə vahid bəyannamə və statistika hesabatlarını hazırlamaq;
- Maliyyə hesabatlarını (Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişiklik haqqında hesabatlar) tərtib etmək (İkili yazılışı bilmək mütləqdir);
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məsəlləsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və digər sahəvi normativ hüquqi aktların müvafiq maddələri haqqında məlumatlı olmaq;
- Müxtəlif dövlət portallarında sərbəst işləmək (e-gov, e-sosial, e-taxes, e-customs və s.);
- Təcrübə: Müvafiq sahədə minimum 1 il
Davranış səriştəlikləri:
- Riyazi düşüncə və analitik təhlil
- Ünsiyyət və komanda ilə işləmə
- Dəqiqlik, operativlik və nəticəyönümlülük
- Məsuliyyət və təşəbbüskarlıq
Son müraciət tarixi: 25 fevral 2023-cü il
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CVlərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.