Dövlət qurumu işçilər axtarır - MAAŞ 2000-2500-3000-3500 MANAT - VAKANSİYALAR
"Regency Consulting and Tax Solutions" işçi axtarır - MAAŞ 600 MANAT - VAKANSİYA
Marketinq departamentinə rəhbər axtarılır - VAKANSİYA
"Ibis Baku city" işçi axtarır - VAKANSİYA
"AZINTELECOM" işçilər axtarır - VAKANSİYALAR
"BSC Consulting & Outsourcing Company" işçilər axtarır - MAAŞ 800-1200-1500 MANAT - VAKANSİYALAR
"VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
Neft şirkəti işçi axtarır - MAAŞ 3200 MANAT - VAKANSİYA
"Aztelekom" işçilər axtarır - VAKANSİYALAR
"Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
Azərbaycanın ən böyük bankı - ABB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
Baş Mühasib (Gəncə/Şamaxı/Yevlax/Masallı filialları)
Son tarix 20 may 2023 [email protected]
Əsas vəzifə və öhdəlikləri:
-
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;
-
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-
Filialın mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasına rəhbərlik edir;
-
Müəssisənin həyata keçirdiyi bütün mühasibat əməliyyatlarına nəzarət edir və onların maliyyə hesabatlarında və Baş kitabda müvafiq uçot registrlərdə əks etdirir;
-
Filialın ümumi maliyyə hesabatlarını tərtib edərək müəyyən edilmiş forma üzrə təyin edilən vaxtda və qurumlara təqdim edilməsini təmin edir;
-
Mədaxil, məxaric orderləri, hesabat blankları və s. rəsmi sənədlərin hazırlanması və hərəkətinə nəzarət və rəhbərlik edir;
-
Göstərilmiş xidmət üzrə yaranan debitor borclarının yığımının təşkili və mütəmadi nəzarətin həyata keçirilməsi işlərinə rəhbərlik edir;
-
Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
-
Filialın rəhbərliyinə mühasibat uçotu məsələlərinə dair operativ məlumat verir;
-
Müəyyən olunmuş müddətlərdə maliyyə hesabatlarının tərtib edir və baş idarəyə təqdim edir;
-
Mühasibat sənədlərinin sistemləşdirilməsini, uçotunu, qorunmasını və onların arxivə təhvil verilmə intizamını təmin və rəhbərlik edir;
-
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət məbləğinin hesablanmasına, DSMF-na təqdim edilməsinə və əmək haqqı üzrə hesab vərəqələrinin işçilərə təqdim olunmasına nəzarət edir;
-
Kəsirlərin, sui-istifadələrin, pul vəsaitlərinin və əmtəə-material dəyərlərinin qanunsuz məsrəfinin qarşısını almaq üzrə tədbirlər işləyib hazırlayır və həyata keçirir;
-
İqtisadi təhlilin keçirilməsində iştirak edir və təsərrüfat daxili ehtiyyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu əsasında qeyri-məhsuldar xərcləri və itkiləri aradan qaldırır;
-
Şöbəyə ümumi rəhbərlik edir, tabeliyində olan işçilərin əmək funksiyalarının icrasına və müəssisə daxili intizam qaydalarına əməl edilməsinə nəzarəti təmin edir;
-
Baş idarənin və birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
-
Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması, kapitallaşma və amortizasiyasının mühasibat uçotuna əsasən həyata keçirilməsi.
Kvalifikasiya üzrə tələblər:
-
Ali ixtisas (iqtisad - maliyyə) təhsilli;
-
Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayan iş stajı olmalı;
-
Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını mükəmməl bilməli;
-
Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
-
Kompüter bilikləri üzrə MS Office (xüsusilə Excel), Mühasibatlıq proqramları, Outlook və işgüzar yazışma əsaslarını bilməli;
-
İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
-
Korporativ idarəetmə sisteminin əsaslarını və korporativ mədəniyyətin əsaslarını bilməli;
-
Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.
İş haqqında məlumat:
-
5 günlük iş rejimi (bazar ertəsi - cümə)
-
iş vaxtı: 09:00 - 18:00
-
iş yeri: Gəncə,Şamaxı,Yevlax,Masallı şəhərləri
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Baş mühasib”(şəhər mütləq qeyd olunmalıdır) qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 20.05.2023.
Aztelekom
Transmissiya üzrə mühəndis
Son tarix 29 may 2023 [email protected]
Əsas vəzifə və öhdəliklər:
-
“Giriş Şəbəkə və Transmisiya Avadanlıqlarının Konfiqurasiyası, İstismarı və optimizasiyaları üzrə Təlimata”, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla Transmissiya üzrə mühəndis fəaliyətini aparmaq ;
-
Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak etmək;
-
Giriş və Transmisiya avadanlıqların istismarını təmin etmək, avadanlıqların keyfiyyət göstəricilərinin qeydiyyatını aparmaq;
-
Giriş və Transmisiya avadanlıqlarının mürəkkəb nasazlıqlarının aradan qaldırılmasında iştirak etmək və tənzimlənməsini aparmaq;
-
Yeni avadanlığın quraşdırılmasını və vaxtında istismara verilməsini köməklik göstərmək;
-
Giriş və Transmisiya avadanlıqlarında cari və əsaslı təmiri və eyni zamanda proqram təminatını yükləmək;
-
Şəbəkə avadanlıqlarını sazlamaq, daimi monitorinqini təşkil etmək, problemləri qısa müddətdə aşkarlamaq, analiz və həll etmək;
-
routing/switching protokollarını sazlamaq və idarə etmək;
-
LAN/WAN şəbəkəsi və IT infrastrukturunu dizayn etmək, quraşdırmaq və yaranan problemləri aradan qaldırımaq;
-
L2 və L3 topologiyalarını planlamaq və həyata keçirmək;
-
Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq Transmisiya avadanlıqlarda işini qurmaq;
-
Departamentin digər struktur bölmələri qarşılıqlı fəaliyyət göstərmək;
Tələb və bacarıqlar:
-
Ali Təhsil;
-
Transmissiya sahəsi üzrə 1-3 il iş təcrübəsi;
-
Giriş Şəbəkə və Transmisiya sahasinə aid olan sənədlərin tərtib etmə bacarığı;
-
Giriş Şəbəkə və Transmisiya Avadanlıqlarının əməliyyat sistemlərinin işlənməsi üzrə təcrübə;
-
Giriş Şəbəkə və Transmisiya Avadanlıqları uzrə protolkolların işləmə qaydası üzrə biliklər;
-
OSİ Layer, TCP/IP, Routing(OSPF,ISIS,BGP), LAN Switching, WAN,STP, Link Aggregation,DHCP, NAT və s. bilikləri;
-
Routing/Swicthing protokollari haqqında bilikər;
-
Cisco , Huawei avadanlıqları ilə iş təcrübəsi;
-
Cisco (CCNA) üzrə sertifikatın olması üstünlük hesab olunur;
-
İşgüzar yazışma əsaslarını bilməli;
-
Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.
İş haqqında məlumat:
-
5 günlük iş rejimi
-
iş vaxtı: 09:00 - 18:00
-
iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Transmissiya üzrə mühəndis” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 28.05.2023.
Satınalma şöbəsinin müdiri
Son tarix 25 may 2023 [email protected]
Vəzifə öhdəlikləri:
Satınalma şöbəsinin müdiri aşağıdakı vəzifə öhdəliklərini yerinə yetirməlidir:
-
Satınalma planının hazırlanması və gələcəkdə icra edilməsi; effektivliyi və səmərəliliyi təmin etmək məqsədi ilə şöbə üçün uzunmüddətli hədəfləri təyin etmək, təchizatçılar ilə ünsiyyət qurmaq;
-
Satınalma üzrə komandanın fəaliyyətini, inkişaf planlarını və qiymətləndirmələrini hazırlamaq, məlumatlandırmaq və idarə etmək;
-
Müqavilələrin işlənib hazırlanmasına və idarə olunmasına nəzarət etmək;
-
Satınalma komandası üçün satınalma ilə bağlı təlim proqramlarının hazırlanması və həyata keçirilməsi;
-
Mövcud satınalma siyasətlərini, prosedurlarını və proqramlarını təkmilləşdirmək və ehtiyac olduqda düzəlişlər etmək;
-
Mərkəzləşdirilmiş satınalma proqramını hazırlamaq;
-
Daxil olan sifariş orderlərini (PO) emal edilməsinə nəzarət etmək; tender və təklifləri hazırlamaq; və hər hansı faktura uyğunsuzluqlarını müqayisə etmək.
-
“Aztelekom” MMC-nin bütün struktur bölmələri ilə əməkdaşlıq etməlidir;
-
Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Kvalifikasiya üzrə tələblər və bacarıqlar:
-
Ali təhsilli;
-
Satınalma sahəsi üzrə 10 il təcrübə; ən azı 3 il rəhbər vəzifəsində olmalı;
-
Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
-
Peşəkar ünsiyyət psixologiyasını bilməli;
-
İşgüzar yazışma əsaslarını bilməli;
-
Analitik düşüncə qabilyyətinə malik olmalı;
-
İşlərin planlaşdırılması və analiz edilməsi;
-
Sahəsi üzrə sənədləri tərtib etmə bacarığına malik olmalı;
-
Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
-
MS Office proqramlarını mükəmməl bilməlidir;
-
Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
İş haqqında məlumat:
-
5 günlük iş rejimi (bazar ertəsi - cümə)
-
iş vaxtı: 09:00 - 18:00
-
iş yeri: Baş ofis, Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma şöbəsinin müdiri” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 20.05.2023.