Təcili: "Azercell" işçilər axtarır - VAKANSİYALAR
"A-Group" işçi axtarır - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"Yapi Kredi Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
"AccessBank" işçi axtarır - VAKANSİYA
"PASHA Malls" işçilər axtarır - VAKANSİYALAR
"AzerGold" CJSC işçilər axtarır - VAKANSİYALAR
"Kontakt Home" yuxarı və aşağı vəzifələrə çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Leobank" işçi axtarır - VAKANSİYA
"OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
Azərpoçt
Marketinq direktoru
Son tarix 11 avq 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Təşkilatın illik marketinq planının icrasının təşkili ;
- Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması ;
- Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi ;
- Fərqli məhsullar üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması ;
- Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi (Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.) ;
- “Google SEO” və “Mass Mail” işinin təşkili ;
- Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasının təşkili ;
- Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
- Dövrü hesabatların hazırlanması və təhlili.
Vəzifə üzrə tələblər:
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Marketinq sahəsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi (Xidmət sektorunda təcrübəsi olanlara üstünlük veriləcək) ;
- Rus və ingilis dili biliyi ;
- MS Office proqramlarından istifadə bacarığı ;
- Təqdimat və ünsiyyət bacarığı ;
- Analitik və tənqidi düşünmə bacarığı ;
- Məsuliyyətlilik, çeviklik, dürüstlük ;
- Komanda ilə işləmə və idarəetmə bacarığı.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı ;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Marketinq direktoru” qeyd etməklə CV-lərini göndərə bilərlər.