"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
"Mekan Solo Group" işçi axtarır - MAAŞ 2000 DOLLAR - VAKANSİYA
"OMİD" mağazalar şəbəkəsi işçilər axtarır - MAAŞ 450-500-2000 MANAT - VAKANSİYALAR
"AGRO-VEST RETAIL" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
"Reel Agency" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
"A+Co" ASC işçi axtarır - VAKANSİYA
"AzerGold" CJSC işçi axtarır - VAKANSİYA
"Optimal Finance BOKT" problemli kreditləri yığmaq üçün işçilər axtarır - VAKANSİYALAR
"Login International" işçi axtarır - 1000-1200 MANAT - VAKANSİYA
"Azərlotereya" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
AzerGold CJSC
Təchizat şöbəsinin baş mütəxəssisi
Son tarix 26 avq 2023 - Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Cəmiyyətin satınalma planına uyğun olaraq, ehtimal dəyəri 50.000 AZN-dən yuxarı olan mal, iş və ya xidmətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq satınalınmasını (Əsas Şərtlər Toplusunu hazırlamaq, sifarişçi və Tender Komissiyası ilə razılaşdırılmasını, müvafiq qaydada elan olunmasını təmin etmək və s.) tender prosesinin idarəolunmasını təşkil etmək və tender təkliflərini təhlil edərək nəticəsi barədə Tender Komissiyasına məlumat vermək;
- Tenderin nəticələrinə dair yekun protokolu hazırlamaq və Tender Komissiyası tərəfindən imzalanmasını təmin etdikdən sonra müvafiq icra hakimiyyəti orqanına qeydə alınması üçün göndərilməsini təşkil etmək;
- Tender müqavilələrin hazırlanması prosesində iştirak etmək və mümkün sənədlərin təmin edilməsinə dəstək olmaq;
- Tender Komissiyasının tərkibinin təyin olunması və dəyişikliyin edilməsi barədə Əmrləri formalaşdırmaq və imzalanması prosesinə nəzarət etmək;
- Ehtimal dəyəri 5000 AZN-dən yuxarı olan mal, iş və ya xidmətlərin bir mənbədən satınalma metodu əsasında icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq məktubun hazırlanması və müvafiq icra hakimiyyəti orqanına göndərilməsi;
- Şöbənin fəaliyyətinə dair Hesabatların hazırlanması, analizi, satınalma sorğularının hazırlanması və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli;
- Təchizat və satınalma prosesləri və ümumi prinsipləri bilməli;
- Tender sahəsində azı 1-3 il iş təcrübəsi;
- MS Office proqramları və ERP üzrə işləmə bacarığı;
- Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı İnkişaf, Nəticə Yönümlülük, Çeviklik səriştəlikləri;
- Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri üstünlükdür.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali Təhsil.
- Müvafiq sahədə 5 ilədək iş təcrübəsi
İş qrafiki:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günüdür