Azercell
Ümumi İşlər şöbəsi / Nəqliyyat Xidmətləri bölümünün mütəxəssisi (ştatdan kənar)
Son tarix 13 sen 2024 - Müraciət et
"Bazarstore MMC" işçilər axtarır - VAKANSİYALAR
Avropa Yenidənqurma və İnkişaf Bankı Bakıda işçi axtarır - VAKANSİYA
Dövlət qurumu işçi axtarır - MAAŞ 900 MANAT - VAKANSİYA
"Farchitects LLC" işçi axtarır - VAKANSİYA
"V-Group" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçi axtarır - VAKANSİYA
"“Mediluks-1” QSC" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
"Almep Engineering Group" işçi axtarır - MAAŞ 900-1000 MANAT - VAKANSİYA
"Azercell" işçi axtarır - VAKANSİYA
"Tegeta Motors Baku" işçi axtarır - VAKANSİYA
Azercell İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir. Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
Əsas öhdəliklər:
- Şirkətin nəqliyyat vasitələrinin dövrü texniki xidməti və təmir prosesinin təşkili və idarə edilməsi
- Yük avtomobillərinin və yükqaldırıcı texnikanın texniki xidmətinin təşkili və nəzarəti
- Şirkət avtomobillərinin vəziyyətinə nəzarət və zədəli avtomobillərin təmiri prosesinin idarə edilməsi
- Avtomobillərin vəziyyətini yoxlamaq, müntəzəm texniki xidmətlərin vaxtında icrasını təmin etmək
- Təmir və xidmət üçün standartların və prosedurların hazırlanması və tətbiqi
- Avtomobil təmirini yerinə yetirmək, lazımi ehtiyat hissələrinin seçilməsində və quraşdırılmasında iştirak
- Daxili müştərilərlə ünsiyyət qurmaq, onların tələblərini dinləmək və suallarını cavablandırmaq
- Avtomobillərdə yaranan problemləri diaqnoz etmək, təmir mütəxəssislərinə düzgün məlumat ötürmək və müvafiq həllər təklif etmək
- Təmir işlərinə rəhbərlik etmək, işçi heyətinin fəaliyyətini koordinasiya etmək
- Təmir üçün lazım olan vəsaitlərin planlaşdırılması və xərclərin izlənməsi
- Təmir prosesinə dair bütün sənəd və hesabatların düzgün tərtibi və dəqiq saxlanmasını təmin etmək
- Səlqəsiz və səriştəsiz istifadə edilən avtomobillərin müəyyən edilməsi, prosedur ilə tənzimlənməsi, qeydiyyata alınması
- Sığortalı hadisələrin qeydiyyatı, təmirin təşkili və prosesə nəzarəti
- Yeni texnologiyalar və metodlarla araşdırmaq, öz sahəsindəki yenilikləri izləmək və tətbiq etmək
Requirements:
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
- Ali texniki biliklərə üstünlük verilir
- Minimum 1 illik avtomobil sahəsində iş təcrübəsi
- Analitik düşüncə
- Məlumatların çıxarılması, statistik təhlil
- Excell bilikləri yüksək səviyyədə
- Minimum 5 il sürücülük təcrübəsi
- B,C,D kateqoriyaları arzu olunandır
- Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi;
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair müsahibə.