İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Anbardar
"Bazarstore MMC" işçilər axtarır - VAKANSİYALAR
Avropa Yenidənqurma və İnkişaf Bankı Bakıda işçi axtarır - VAKANSİYA
Dövlət qurumu işçi axtarır - MAAŞ 900 MANAT - VAKANSİYA
"Farchitects LLC" işçi axtarır - VAKANSİYA
"V-Group" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçi axtarır - VAKANSİYA
"“Mediluks-1” QSC" işçi axtarır - MAAŞ 800 MANAT - VAKANSİYA
"Almep Engineering Group" işçi axtarır - MAAŞ 900-1000 MANAT - VAKANSİYA
"Azercell" işçi axtarır - VAKANSİYA
"Tegeta Motors Baku" işçi axtarır - VAKANSİYA
Son tarix 28 avq 2024 - [email protected]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Anbardar vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Anbarda materialların hərəkəti, mühafizəsi, uçot qaydasını və müvafiq sənədlərin rəsmiləşdirilməsi qaydası barədə biliklər
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
- Ofis proqramları üzrə biliklər;
- Ünsiyyət və vaxtın idarəedilməsi bacarığı;
- Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
- Anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkili;
- Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi,
- Bağlanmış müqavilələrə uyğun olaraq malların (işlərin və xidmətlərin) sifarişi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
- Mal-material qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi;
- Şöbənin aylıq, rüblük və illik hesabatlarının hazırlanmasında iştirak.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 27.08.2024-cü il;
- CV-lər [email protected] ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.