"PASHA Holding" işçi axtarır - VAKANSİYA
Azərbaycanda holdinq işçi axtarır - MAAŞ 2500-3000 MANAT- VAKANSİYA
"Azmerika" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
"KRAUN KO-R" işçi axtarır - MAAŞ 700-800 MANAT - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"FinexKredit BOKT" işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti filial müdiri axtarır - MAAŞ 1500-2000 MANAT- VAKANSİYA
"AGRO-VEST RETAIL" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Azerbaijan Coca - Cola Bottlers" işçi axtarır - VAKANSİYA
Azərbaycanda bank işçi axtarır - VAKANSİYA
Azerbaijan Coca - Cola Bottlers
Hüquqşünas
Son tarix 22 yan 2023
İş barəsində məlumat:
- Müqavilələri və ona əlavələri nəzərdən keçirmək, bu şərtlərin qanunvericiliyə və şirkət prosedurlarına uyğun olduğundan əmin olmaq və təsdiq etmək;
- Zəruri hallarda müqavilə və digər hüquqi sənədləri tərtib etmək;
- Şirkətin iş balansının tənzimlənməsi və effektivliyin artırılması üçün çox istifadə olunan sənədlərin standartlaşdırılmasını təmin etmək;
- Həvalə olunmuş layihələrin həyata keçirilməsini təmin etmək;
- Gündəlik qanunvericilikdə olan dəyişiklikləri izləmək və rəhbərliyi məlumatlandırmaq;
- Periodik şəkildə və ya zəruri hallarda rəhbərliyə və baş ofisə hesabatlar hazırlayıb təqdim etmək;
- Şirkətin struktur bölmələrinə sorğu və tələb əsasında qanunvericiliyin və qanunvericilikdəki dəyişikliklərin məzmununu izah etmək;
- Rəhbərliyinin iş bölgüsü əsasında ona yönləndirilən məsələlər üzrə digər departamentlərlə müvafiq məsələlərin həllində səmərəli şəkildə əməkdaşlıq etmək;
- Zəruri haıllarda şirkəti məhkəmələrdə, rəsmi orqanlarda, dövlət və ictimai qurumlarda, uyğun məsələlər üzrə digər təşkilatlarda və qurumlarda şəxsən və ya hüquq departamentinin digər əməkdaşları ilə birlikdə təmsil etmək;
- Yerli Etik Komitən Sədrinin tapşırıqları əsasında şirkət daxilində etik normaların təbliğ olunması və Etik Davranış Kodeksi barədə maarifləndirmə sessiyalarının təşkil edilməsi üçün müvafiq işlər görmək;
- Pay sahiblərinin ümumi yığıncaqlarının təşkili və bundan irəli gələn digər məsələləri yerinə yetirmək;
- “The Coca-Cola Company”-nın eləcə də əmtəə nişanı sahiblərinin hüquq komandaları ilə müştərək lahiyələrdə iştirak etmək;
- Sorğu, məktub yazmaq və onları cavablandırmaq.
Tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil və bu sahə üzrə 2 il iş stajı;
- Mülki, vergi, əmək və şirkətin fəaliyyəti ilə əlaqədar digər qanunvericilik sahəsində müvafiq biliyə sahib olmaq;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarıqları;
- İngilis dilində səlis danışıq, müqavilə tərtib etmə və rəy vermə bacarıqları;
- Ünsiyyət və nitq qabiliyyəti; təqdimat bacarıqları
Müraciət etmək üçün vakansiyanın adını “Mövzu” bölməsində Hüquqşünas qeyd edərək, CV formanızı göndərin.