"PASHA Holding" işçi axtarır - VAKANSİYA
Azərbaycanda holdinq işçi axtarır - MAAŞ 2500-3000 MANAT- VAKANSİYA
"Azmerika" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
"KRAUN KO-R" işçi axtarır - MAAŞ 700-800 MANAT - VAKANSİYA
"Azərpoçt" işçi axtarır - VAKANSİYA
"FinexKredit BOKT" işçi axtarır - VAKANSİYA
Azərbaycan şirkəti filial müdiri axtarır - MAAŞ 1500-2000 MANAT- VAKANSİYA
"AGRO-VEST RETAIL" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA
"Azerbaijan Coca - Cola Bottlers" işçi axtarır - VAKANSİYA
Azərbaycanda bank işçi axtarır - VAKANSİYA
AGRO-VEST RETAIL
İnsan Resursları üzrə Aparıcı Mütəxəssis
Son tarix 22 yan 2023 - [email protected]
İşçiyə qoyulan tələblər:
- Komanda ilə işləmə bacarığı olmalı;
- Məsuliyyətli və işində dəqiq olmalı;
- Mükəmməl Əmək Məcəlləsi bilikləri olmal;
- Təhsil: Ali;
- İş təcrübəsi: 2 ildən çox;
- Yaş: 25-35;
Vəzifə öhdəlikləri:
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) vaxtında daxil edilməsi;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və saxlanılmasının təmin edilməsi;
- İşə qəbul edilən işçilərin müqavilələrinin , şəxsi işlərinin hazırlanması və vaxtında imzaladılması;
- Əmək haqqı kart sifarişinin verilməsi;
- İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
- Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, içilərə illik məzuniyyətlərin verilməsi;
- Əmək müqaviləsi və əmək kitabçası uçotu jurnalının tərtib edilməsi;
- İşçilərin işdən çıxış prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməklə aparılması;
- Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;
- Aylıq tabellərin hazırlanması və təsdiqlənməsi;
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.
İş şərtləri:
- Stabil iş
- Icbari sığorta
- Əmək haqqı: 1000 AZN;
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Şənbə və Bazar günü.
Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində “İnsan Resursları üzrə Aparıcı mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.