Nardaran İnvest
Smetaçı-Mühəndis
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-700-800-1000 manat - 27 VAKANSİYA
Yüksək maaşla işçilər yığır: əmək haqqı 1000-1500-2000-3000 manat - 6 VAKANSİYA
Son tarix 17 iyl 2022 - [email protected]
Əmək haqqı: Uğurlu namizədlərin əmək haqqı gözləntiləri nəzərdən keçiriləcək.
Vəzifə öhdəlikləri:
- Maliyyə-smeta sənədlərini hazırlayır;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
Namizədə tələblər:
- Texniki sahədə ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office, AutoCAD bilikləri;
- İngilis, rus dillərini bilən namizədlərə üstünlük verilir;
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.