Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-600-700-800-1000-1200-1500 manat - 28 VAKANSİYA
"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR
"AzerGold" CJSC işçilər axtarır - VAKANSİYALAR
"Abşeron Logistika Mərkəzi" işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Azersun Holding" işçilər yığır - VAKANSİYALAR
"Invest AZ" QSC işçi axtarır - VAKANSİYA
VAKANSİYA 1
Palıd - 2015 MMC
Satış meneceri (MDF-satışı üzrə)
Son tarix 21 mar 2023 [email protected]
İşin təsviri:
-
Satışı yaratmaq və idarə etmək;
-
Müştərilərlə işləmək qabiliyyəti;
-
MDF və Mebel aksesuarları satışında çalışan namizədlərə üstünlük verilcəkdir;
-
Aylıq tərtib olunmuş plana uyğun satış hədəflərini icra etmək;
-
Müştəriləri root üzrə mütəmadi olaraq ziyarət etmək və satışı həyata keçirmək;
-
Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
-
Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
-
Rəhbərliyə hesabatları təqdim etmək.
İş barədə məlumat:
-
İş saatı :09:00-dan 18:00- a dək;
-
İstirahət günləri : Bazar günü;
-
Əmək Müqaviləsinə əsasən işə qəbul;
-
Nahar şirkət tərəfindən verilir;
-
Yanacaq kartı verilir;
-
Iş yeri: Nərimanov rayonu;
-
Əmək haqqı: 800 manat(NET) + %.
Tələblər:
-
Təhsil: Ali təhsilli
-
Yaş həddi: 25-45;
-
Dillər: Azərbaycan dili(Rus dili arzuolunandır);
-
Cinsi: Kişi;
-
Kompüter biliyi: Microsoft Office;
-
Şəxsi avtomabili olanlara üstünlük veriləcək;
-
Satış sahəsində minimum 3 il iş təcrübəsi.
Şəxsi keyfiyyətləri:
-
Satış bacarığı;
-
Müştərini qazanmaq qabiliyyəti;
-
Ünsiyyətcillik;
-
Dəqiqlik və məsuliyyət;
-
Problemləri həll etmə bacarığı;
-
Stresə davamlılıq.
Qeyd:
Bu sahələr üçün ANKET FORMASINI doldurub e-mail ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Əlaqə nömrəsi: 050-277-33-31
VAKANSİYA 2
H.S. Solutions
Администратор (офис менеджер)
Son tarix 21 mar 2023 [email protected]
Обязанности:
-
упорядочение работы офиса в целом;
-
работа с персоналом офиса (администраторами, секретарями, уборщицами, водителями, курьерами);
-
своевременное взаимодействие с сотрудниками
-
организация совещаний и брифингов;
-
планирование мероприятий по обеспечению безопасной работы офиса
-
реестр по инвентарю
-
карты доступов сотрудников
-
организация структуры офиса;
-
организация делопроизводства;
-
распределение документации по отделам;
-
организация деловых встреч
-
организация приёма и рассылки деловой корреспонденции
-
налаженная работа с контрагентами
-
организацию закупки материалов и техники;
-
обеспечение всем необходимым работников офиса;
-
работу по установке оборудования и обеспечение его технического обслуживания;
-
хранение ценностей.
-
обеспечение рабочих мест
-
ревизию, инвентаризацию материальных ценностей;
-
аттестацию сотрудников;
-
контроль состояния офисного оборудования и средств коммуникации.
Требования к кандидатуре:
-
Главной обязанностью будет подготовка отчётов для вышестоящего руководства каждый четверг.
-
Наличие языков (азербайджанский, русский и английский) и юридического образования предпочтительно.
VAKANSİYA 3
Asthetiklab
Mühasib köməkçisi (xanım)
Son tarix 21 mar 2023 [email protected]
Vəzifə öhdəlikləri:
-
1C Əməliyyat sistemində günlük bütün əməliyyatların işlənilməsi
-
Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək
-
Anbarda malların təsdiq edilmış qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması
-
Əsas vəsaitlər, mal-materialların uçotunun aparılması, invertarizasiya
-
Rəsmi sənədləşmələrin (müqavilə, təhvil-təslim aktları, hesab faktura, e-qaimə və s.) hazırlanması
-
Rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi
Namizədə tələblər:
-
Yaş : 22 – 30
-
Ali təhsil
-
Rus dili
-
Mühasibatlıq sahəsində 1-3 ildən artıq iş təcrübəsi
-
Excel və 1C proqramında işləmək bacarığı
-
Məsuliyyətli və işində dəqiq olmalı
İş şəraiti:
-
İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
-
Əmək haqqı: 700 AZN
-
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
-
Ünvan:Gənclik metrosu, Abu Arena restoranının yanı.
Əlaqə: 0554003753.
VAKANSİYA 4
Company
Auditor
Son tarix 21 mar 2023 - [email protected]
Tələblər:
-
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, və digər əlaqədar ixtisaslar);
-
Audit sahəsində minimum 3 il iş təcrübəsi;
-
Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (1C (8.3) proqramı üstünlükdür);
-
Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür;
-
Şifahi və yazılı ünsiyyət bacarığı;
-
Vaxtın səmərəli idarəedilməsi bacarığı və qrup daxilində işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
-
İllik Audit Planına əsasən xüsusi audit layihələrinin həyata keçirilməsi;
-
Kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan nöqsan və çatışmazlıqları müzakirə edilməsi və onların aradan qaldırılması üçün rəhbərliyə təkliflərin verilməsi;
-
Mövcud və yeni Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS) tədqiqi və onların mümkün təsirləri barədə təkliflərin verilməsi;
-
Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərin effektivliyinin qiymətləndirilməsi;
-
Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqın keçirməsi;
-
Aylıq maliyyə hesabatlarının təhlilini təmin edilməsi.
İş şəraiti:
-
Həftənin 5 günü : 09:00-dan 18:00-dək;
-
Nahar şirkət tərəfindən təmin olunur;
-
Tibbi sığorta ilə təmin edilir;
-
Əmək haqqı razılaşma yolu ilə;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
VAKANSİYA 5
AGRO-VEST RETAIL
Stok kontrol mütəxəssisi
Son tarix 21 mar 2023 - [email protected]
İşçiyə qoyulan tələblər:
-
İş təcrübəsi: Pərakənda satış üzrə;
-
Təhsil: ali təhsil üstünlükdür;
-
Cinsi: bəy/xanım(Bəy namizədlərə üstünlük verilir);
-
Yaş: 22/35
-
Exceldə sərbəst işləyəbilmək bacarığı;
-
Məsuliyyətlilik, komandada işləmək və analiz etmək bacarığı;
Vəzifə öhdəlikləri:
-
Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyyacları sifariş halında təqdim etmək və sifarişin təmin olunmasını təşkil etmək;
-
Təyin olunmuş stok-gündən əlavə verilən insert, endirimli, kompaniyalı sifarişləri birbaşa rəhbəri ilə razılaşdırmaq və tədarükçülərə sifariş vermək;
-
Ticari mal ehtiyacının optimal səviyyədə saxlamaq;
-
Tədarükçülərin şirkətin çatdırılma zamanı təyin olunmuş qaydalarına əməl etmələrini təmin etmək;
-
Tədarükçülərin məhsullarının təyinat nöqtəsinə cadvələ əsasən çatdırılıb-çatdırılmadığına nəzarət etmək və yaranan probləmlərin həlli yolunu tapmaq;
-
Firmaların rutuna əsasən mal bölgüsünü müəyyən olunmuş vaxta qədər bitirmək;
-
Tədarükçüyə verilmiş sifariş ilə mağazanın qəbul etdiyi malları üzləşdirmək, yaranan fərqləri izləmək və araşdırmaq;
-
Anbara gündəlik mal giriş-çıxışlarını izləmək;
-
Firmaların məhsullarının iadəsini nəzarətdə saxlamaq;
-
Resurslar və mövcud vəziyyətin qarşılaşdırılmasına dair müvafiq hesabatları təyin olunmuş zaman intervalında müvafiq şəxsə (rəhbərinə) təqdim etmə;
-
Şirkətin mənafeyinə uyğun olmayan qərarlar barədə birbaşa rəhbərini zamanında məlumatlandırmaq;
-
İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
İş şərtləri:
-
Stabil iş
-
Icbari sığorta
-
Əmək haqqı: 700 AZN
-
İş vaxtı: 9.00 – 18.00
-
İstirahət günləri: Bazar.
Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində “Stok kontrol mütəxəssisi” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 6
Azərbaycan Mikro Kredit BOKT
Əməliyytaçı-Xəzinədar
Son tarix 21 mar 2023 [email protected]
Bölgə: Bakı
İş günləri Bazar ertəsi – Şənbə.
Namizədə dair tələblər:
-
Ali təhsil;
-
Oxşar vəzifədə iş təcrübəsi arzuolunandır;
-
Riyazi biliklər;
-
İşdə dəqiq, məsuliyyətli və dürüstlük;
-
Analitik problem həlletmə bacarığı olmalı:
İşin təsviri:
-
Qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
-
İş gününün sonunda qiymətlilərin sayılması və üzləşdirilməsi;
-
Təsdiq olunmuş kreditlərin sistemdə rəsmiləşdirilməsi;
-
Əməliyyat gününün sonunda özü tərəfindən icra edilmiş bütün əməliyyatları yoxlamaq;
Satış hədəflərinə nail olmaq.Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Əməliyyatçı-Xəzinədar” qeyd etməklə göndərmələri xahiş olunur.
VAKANSİYA 7
Midtown Hotel Baku
Satış Koordinator/ Menecer
Son tarix 21 mar 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Oteldə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq.
-
Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən , işgüzar mənbələrdən istifadə edərək satışı yüksəltmək və qoruyub saxlamaq.
-
Satış üzrə gündəlik, həftəlik satış brifinqlərində iştirak etmək.
-
Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq.
Namizədə bağlı tələblər:
-
Aidiyyati sahə üzrə ali təhsil, otelçilik üzrə təlimlərdə iştirak
-
Oteldə satış üzrə 3- 5 illik iş təcrübəsi
-
Yüksək səviyyədə ünsiyyət qurma bacarığı
-
Azərbaycan, Rus, İnglis dillərini əla səviyyədə bilməli;
-
Məsuliyyətli, gülərüz, operativ, pozitiv və ünsiyyətcil olmaq.
-
MS Office, Elektra proqramlarını əla səviyyədə bilməli;
İş şəraiti:
-
Əmək haqqı: 800-1500 AZN
Maraqlanan namizədlər mövzu yerində “Satış Koordinator/Menecer” yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə və ya aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərlər:
+994 12 310 09 50
+994 55 310 15 15
+994 51 230 10 13
Otel ünvanı: Səməd Vurğun 103
VAKANSİYA 8
Finans AS
Baş Mühasib
Son tarix 21 mar 2023 - [email protected]
Şəhər: Bakı
Tələblər:
-
Yaş: 28 - 40 yaş
-
Cins: Kişi
-
Təhsil: Ali
-
İş təcrübəsi: 3 ildən başlayaraq
İş barədə məlumat:
-
Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
-
Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
-
İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
-
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
-
Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
-
Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
-
Dövlət orqanları ilə gündəlik yazışmalar. Kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
-
Şəxsi hesab vərəqənin yoxlanılması;
-
Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
-
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-
Əsas vəsaitlər üzrə amortizasiya hesablanması;
-
Anbarın izlənilməsi, yoxlanılması və nəzarət;
-
1C və ERP proqramları üzrə mühasibat balansının yığılması;
-
Kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
-
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
-
Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
-
İdxal olunanacaq mallara görə müqavilələr üçün gömrük kodlarının alınması;
-
Banklar üçün qarantiyalar ilə bağlı hesabatların hazırlanması, lazım olan dövlət arayışlarının alınması üçün e-kargüzarlıqdan müraciətlərin göndərilməsi;
-
Ay sonu maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow);
-
Rəhbərliyə təqdim edilən gündəlik hesabatlar:
-
Pul vəsaitlərinin qalıqları, Debitor Kreditor borcları qalıqları, Büdcə, Bank və s.
VAKANSİYA 9
Royal Development
Sosial media üzrə mütəxəssis
Son tarix 21 mar 2023 - [email protected]
Vəzifə öhtəlikləri:
-
Şirkətin sosial media hesablarının idarəedilməsi
-
Sosial media kanallarında (İnstagram reels, İnstagram story və s.) videoların çəkilməsi və paylaşılması
-
Sosial media trendlərinin izlənməsi, videoların hazırlanması
-
Günlük paylaşım üçün kontentin hazırlanması
-
Günlük post və story-lər paylaşılması
-
Aylıq hesabatların hazırlanması
Tələblər:
-
Ali təhsil
-
Azərbaycan dilində səlis danışıq və düzgün diksiyanın olması
-
İngilis dili danışıq və yazı bacarığının olması (rus dili bilmək üstünlükdür)
-
Mobil videomontaj proqramlarından istifadə etmək qabiliyyəti
-
Copywriting qabiliyyəti
-
Rəylərin və mesajların qrammatik qaydalara əsasən cavablandırılması
-
Foto və video çəkmək qabiliyyəti
İş şəraiti:
-
İş günləri – 6 günlük iş qrafiki
-
Əmək haqqı - Başlanğıc 800 AZN (netto)
Maraqlanan namizədlərin öz CV-ni vəzifə başlığı “Sosial media üzrə mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.
VAKANSİYA 10
AlVentures
Çağrı mərkəzinə operator
Son tarix 21 mar 2023 - [email protected]
Tələblər:
-
Dil bilikləri: Azərbaycan dili -səlis danışıq qabiliyyəti.
-
Kompüter bilikləri: Ofis proqramları
-
Ünsiyyət qurabilmə qabiliyyəti.
-
Yaş həddi: 18-30 yaş
İş barədə məlumat:
-
İş qrafiki: Həftənin 5 günü saat 10-dan 19:00-dək, 11-dən 20:00-dək,12-dən-21:00-dək.
-
İstirahət günləri:Həftə içi (2 gün)
-
Əmək haqqı: 400 AZN + bonus . Əmək müqaviləsi baglanılır
Çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılması. Abunəçilərin və potensial müştərilərin xidmətlər barədə məlumatlandırılması, telefonda texniki dəstək və müştərilərə xidmət təklif etmək.
VAKANSİYA 11
AZZA Cake House
Anbardar
Son tarix 21 mar 2023 - [email protected]
Namizədə tələblər:
-
Anbardar vəzifəsində ən az 1 il iş təcrübəsi
-
MS Office bilikləri
-
Komandada işləmək bacarığı
-
Ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan
İş barədə məlumat:
-
Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək (spirtli içkilər, çay, şokolad və xammal)
-
Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq
-
Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
-
Anbardan mal çıxışına nəzarət etmək
-
Anbarın səmərəliliyinin artırılması və sifarişlərinin icrasını sürətləndirməyə dair işin aparmaq
-
Malların yüklənilməsi/boşaldılması
-
Malların yerdəyişdirilməsini təmin etmək
-
Sifarişə uyğun olaraq malların yığılaması və göndərilməsi
Əlavə məlumatlar:
-
Əmək haqqı: 500 azn
-
5 günlük iş rejimi
-
Nahar şirkət tərəfindən verilir
-
Rəsmiləşdirilmə
-
İş yeri: Məhəmmədli qəsəbəsi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Anbardar” qeyd olunmaqla, göndərə bilərlər.
VAKANSİYA 12
FINCA Azerbaijan
Bazar Araşdırması üzrə Təhlilçi
Son tarix 21 mar 2023 - Müraciət et
Təsvir:
Market və müştəri araşdırması:
-
Bazar araşdırması həyata keçirmək, istehsalata dair məlumat bazalarını qoruyub saxlamaq və marketinq məkanına dair məlumatları təhlil etmək.
-
Marketinq mütəxəssisləri və digər heyət üzvləri ilə əməkdaşlıq çərçivəsində istehlakçı rəyləri və marketinq strategiyalarına dair araşdırma aparmaq.
-
Rəqiblərlə bağlı məlumat toplamaq və onlara aid məhsulları, iş proseslərini, qiymətləri, satışları, marketinq metodlarını və bölüşdürmə üsullarını təhlil etmək.
-
Potensial bazarı və məhsul tələbinə təsir edə biləcək amilləri müəyyənləşdirmək üçün istehlakçı demoqrafiyası, istehlakçı seçimi, ehtiyacı, alıcılıq vərdişləri və digər məsələlərə dair lazımi məlumatları toplamaq və təhlil etmək.
Məhsul araşdırması və qiymətləndirilməsi:
-
Yeni məhsul konseptinin irəli sürülməsi ilə bağlı təşkil olunmuş görüşlərdə iştirak etmək.
-
Kəmiyyət və keyfiyyət təhlilləri və tövsiyələr vasitəsilə satış komandasını dəstəkləmək.
-
Ehtiyac olduğu təqdirdə, istehlakçı seqmentlərini, rəqibləri, məhsulun inkişafını təhlil etmək və məhsul və ya proseslərə ediləcək dəyişiklikləri təklif etmək.
-
Konsept fazasından başlayaraq məhsul bazara təqdim olunduqdan sonrakı təhlil fazasınadək məhsulun inkişaf prosesinin idarə olunmasına yardım etmək.
Hesabat vermə:
-
Araşdırma nəticələri barədə hesabatlar hazırlayır, məlumatı qrafik şəkildə təsvir edir və mürəkkəb tapıntıları yazılı mətnə çevirir.
-
Marketinq və satış trendləri barədə proqnoz verir və onları izləyir, toplanmış məlumatları təhlil edir.
Tələblər:
Təhsil: Bakalavr elmi dərəcəsi tələb olunur, Magistr və ya MBA (Biznes İdarəçiliyi üzrə Magistr) dərəcəsi arzuolunandır
Təcrübə: Marketinq, sosial araşdırmalar, müştəri davranışlarının təhlili və ya əlaqəli sahələrdə ən azı 2 il təcrübə (maliyyə sektorunda təcrübə arzuolunandır)
Bilik və bacarıqlar:
-
Sorğu alətləri və məlumat toplama metodları (sorğular, fokus qruplar, sorğular və s.) haqqında kifayət qədər bilik.
-
Araşdırmanın kəmiyyət və keyfiyyət metodlarından istifadə edərək market araşdırmasını formalaşdırmaq, həyata keçirmək, təhlil etmək və onun barədə hesabat vermək bacarığı
-
Statistik data təhlil proqramları üzrə biliklərin olması üstünlükdür (Power BI, Tableau və s.)
-
Zamandan səmərəli istifadə etmək və qarşıya qoyulan öhdəlikləri zamanında və ya daha tez icra etmək bacarığı
-
Azərbaycan daxilində müxtəlif regionlara müntəzəm olaraq səfərlər etmək imkanı
-
Mükəmməl ünsiyyət, təqdimat və müsahibə bacarıqlarına, dəqiqlik və komanda ruhuna malik olmaq
-
Microsoft Word, Excel, PowerPoint və Outlook proqramlarında təcrübəlilik və digər lazımi proqramları öyrənmək istəyi
-
Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq qabiliyyəti. Rus və İngilis dillərini bilməsi arzuolunandır.
VAKANSİYA 13
Intermak Group
Mexanik
Son tarix 21 mar 2023 - [email protected]
Öhdəliklər:
-
Mexanik işlərin görülməsi üçün əl bacarıqlarına malik olmalıdır.
-
Cihaz və avdanlıqlarla tanış olmalı, həm nəzəri həm də praktiki cəhətdən onların iş prinsiplərini və təmirini bilmək;
-
Mexaniki avadanlıqların fasiləsiz texniki cəhətdən düzgün istismarını və etibarlı işini,onların saz vəziyyətdə, tələb olunan səviyyədə işləməsini və saxlanılmasını təmin etmək;
-
Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir
-
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etmək
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq):
-
Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
-
Cinsi – Kişi
-
Dil bilikləri: Azərbaycan dili sərbəst
-
İş təcrübəsi: 2-3 ildən başlayaraq
-
Sürücülük vəsiqəsi tələb olunur
İş saatı:
-
İş qrafiki - 6 günlük
-
Həftə içi 09:00 – 18:00
-
Şənbə 10:00-16:00
-
Əmək haqqı – 1000-1200 AZN
-
Nahar şirkət tərəfindən verilir.
VAKANSİYA 14
GESCO ASC
Təchizat şöbəsinin müdiri
Son tarix 21 mar 2023 - [email protected]
Namizədə tələblər:
-
Ali təhsilli olmalı ;
-
Səlis Azərbaycan dilində danışıq qabiliyyəti; İngilis və Rus dili biliyi üstünlükdür;
-
Ofis proqramları və təchizatla bağlı proqramlar üzrə geniş bilik və iş bacarığına malik olması xüsusən 1C ;
-
Müqavilələrlə iş təcrübəsinin olması;
-
ISM sertifikasiyasının olması üstünlükdür.
İş haqqında məlumat:
-
Satış şirkətləri ilə sıx əməkdaşlıq etmək tələbata uyğun olaraq onlardan qiymətlərin alınmasını təmin etmək ve onlarla mülki muqavilələrin bağlanmasını təşkil etmək ;
-
Verilmiş tələbnamələr əsasında hazırlanmış sifarişlərə nəzarət etmək, onların icrasını təmin etmək ;
-
Təchizat planlarının (aylıq,illik) hazırlanmasını təmin etmək ;
-
Müəssisədə təchizat şöbəsinin inkişafı ilə bağlı rəhbərliyə təkliflər hazırlamaq ;
-
Müəssisə daxili struktur bölmələrlə təchizat ilə bağlı əlaqələr yaratmaq və əməkdaşlıq etmək ;
-
Müəssisənin satınalma işinin düzgün aparılmasına nəzarət etmək ;
-
Təchizat şöbəsinin əməkdaşlarının iş planının hazırlanması, onlara lazımi istiqamətin verilməsini təmin etmək ;
-
Anbar uçotu və əsas vəsaitlərin uçotuna nəzarət edilməsini təmin etmək ;
Ünvan: Bakı, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi
Əlaqə:
Telefon: (+994 12) 310-05-77
Mob: (+994 55) 207-00-40 (+994 55) 206-87-89,
Vakansiyaya müraciət üçün CV-nizi “Təchizat şöbəsinin müdiri” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 15
Avand Technology
Çağrı mərkəzi operatoru
Son tarix 21 mar 2023 - [email protected]
Требования:
-
Знание азербайджанского, русского языка на хорошем уровне, английский язык приветствуется.
-
Правильная разговорная речь и дикция.
-
Обучаемость, логическое мышление, ответственность, умение работать в коллективе
-
Прием и обработка входящих звонков и почты;
-
Консультация существующих абонентов по услугам компании
-
Ориентация на клиента, готовность помогать;
-
Личные качества: усидчивость, стрессоустойчивость, оптимизм, пунктуальность.
Условия:
-
8 часовой, сменный график. 6 дней в неделю
-
Зарплата – 400 манат + бонусы
СV с пометкой «оператор» посылать.
Tələblər:
-
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilmək üstünlükdür)
-
Düzgün danışıq nitqi və səlis diksiya.
-
Öyrənmə qabiliyyəti, məntiqi təfəkkür, məsuliyyət, komandada işləmək bacarığı
-
Daxil olan zənglərin və poçtun qəbulu və emalı;
-
Mövcud abunəçilərə şirkətin xidmətləri ilə bağlı məsləhətlərin verilməsi
-
Müştəri yönümlülük, kömək etmək istəyi;
-
Şəxsi keyfiyyətlər: əzmkarlıq, stressə qarşı müqavimət, optimizm, punktuallıq.
Şərtlər:
-
8 saat, növbəli qrafik. Həftədə 6 gün
-
Əmək haqqı - 400 manat + bonuslar
CV-ni “operator” qeyd edərək göndərin.
VAKANSİYA 16
Agro Dairy
İnsan Resursları üzrə Mütəxəssis
Son tarix 21 mar 2023 - [email protected]
Hesabat verir: İnsan Resursları və İnzibati işlər üzrə Direktor
Tələb olunan işçi sayı: 2
Ünvan 1: Samux
Ünvan 2: Hacıqabul
Tələblər:
Təhsil: Ali Təhsil
İş təcrübəsi: Minimum 2 il iş təcrübəsi
Bilik və bacarıqlar:
-
A.R. Əmək Qanunvericiliyi üzrə biliklər
İşə qəbul prosesi təcrübə və anlayışlar
Vəzifə öhdəlikləri:
-
Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi;
-
Əmək kitabçalarının yazılması;
-
Aylıq tabellərin hazırlanması, Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
-
Kadr uçotunu aparmaq, İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq, Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
-
Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək;
-
Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
-
Davamiyyətə davamlı olaraq nəzarət etmək;
-
CV-lərin toplanması, qruplaşdırılması və ilkin qiymətləndirilməsi;
-
Etika və Uyğunluq, İşçilərlə əlaqələr, Sorğular, İşə Qəbullar və s. ilə bağlı bütün Bakı ofisi üzrə İ.R. təşəbbüslərini dəstəkləmək.
Dil bacarıqları: Azərbaycan dili (səlis), İngilis dili (B2), Rus dili üstünlükdür.
Kompüter bacarıqları: MS office, 1C
VAKANSİYA 17
VMF
Qrafik dizayner
Son tarix 21 mar 2023 [email protected]
İş barədə məlumat:
-
Sosial şəbəkələr üçün postların hazırlanması ;
-
İş qrafiki : Həftənin 5 günü saat 09:00-18:00-dək; 6-cı günü 09:00-17:00 qədər ;
-
Əmək haqqı: 600 azn.
Tələblər:
-
Adobe Photoshop yüksək səviyyədə bilməli .
-
Corel Draw proqramlarını yüksək səviyyədə bilməli.
-
Adobe Premiere Pro bilgilərinin yüksək olması.
-
Komandada işləmə bacarığı.
-
Azərbaycan dili orfoqrafiya qaydalarını bilməli.
Qeyd: Şirkət Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir , 20 Yanvar metro stansiyasından əməkdaşları şirkətin servisi götürür və axşam gətirir.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .
VAKANSİYA 18
S.E.N.S.U.M by Amapola
Ekspeditor
Son tarix 21 mar 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Təyin edilmiş qrafik əsasında malların çatdırılmasının təşkili və təhvil-təslim sənədlərinin rəsmiləşdirilməsi;
-
Nəqliyyatda olan malların saxlanma rejiminə riayət olunmasına nəzarət etmək;
-
Malların qəbulu və boşaldılması zamanı sənədlərə uyğunluğuna nəzarət etmək;
-
Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmaq
-
Təyinat məntəqələrinə vaxtında vizitləri etmək
-
Məhsulu təqdim etmək.
-
Marketlərdə məhsulların bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
-
Marketlərdə məhsulların rəflərdə düzülüşünə, qiymətlərinə, istehsal-son istifadətarixlərinə nəzarət edib, məsul şəxslərə məlumat vermək, mağazalarda stoka nəzarət etmək
Tələblər:
-
Təhsil: Orta ixtisas və ya Ali təhsili( Ali təhsillilərə üstünlük verilir)
-
İş təcrübəsi: 1-2 il iş stajı
-
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
-
Satış qabiliyyəti olmalı;
-
Dəqiq və işinə qarşı məsuliyyətli olmalı;
-
İşgüzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olmalı;
İş qrafiki:
-
09:00-18:00
-
5 günlük iş rejimi
-
AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Ekspeditor” yazaraq email ünvanına göndərmələri xahiş olunur. Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 19
Xəzər-1 Firması
İnsan Resurları üzrə Menecer
Son tarix 21 mar 2023 - [email protected]
İş qrafiki:
-
Həftə içi 5 gün saat 09:00 - 18:00 kimi.
-
İstirahət günü: şənbə, bazar.
-
Əmək haqqı: 800-1000 Gross.
-
Nahar və nəqliyyat şirkət tərəfidən qarşılanır.
Namizədə tələblər və öhdəliklər:
-
Ali təhsilli.
-
İş təcrübəsi: 5 ildən artıq.
-
Dil bilikləri: azərbaycan və rus.
-
Ofis proqramları üzrə kompüter bilikləri.
-
1C proqramı üzrə biliklər.
-
Davamiyyətin uçotunu təşkil edir;
-
Barmaq izinin yoxlanması (Fingerprint)
-
Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi,
-
Onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
-
İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
-
Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini;
-
İşçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
-
İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
-
Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.
-
AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti.
-
Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi.
-
Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi.
-
Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi.
-
Dəqiq və məsuliyyətli çalışma bacarığı.
Əlaqə: (+994) 0992062026
Cv-lərinizi isə müraciət et bölməsində qeyd olunan mailə göndərməyiniz xahiş olunur.
VAKANSİYA 20
Heritus Group MMC
Mühasib
Son tarix 21 mar 2023 [email protected]
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
-
Bank və kassa ödənişlərinin həyata keçirilməsini təmin etmək ;
-
Bütün növ mühasibat əməliyyatlarının ERP (Logix və Siber) mühasibatlıq proqramına daxil edilmək ;
-
E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanmaq ;
-
Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək ;
-
İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilmək ;
-
Aylıq debitor və kreditorlarla üzləşmələrin aparılmasında iştirak etmək ;
Tələb olunan bilik və bacarıqlar:
-
Təhsil: Maliyyə, mühasibatlıq, iqtisadiyyat, biznesin təşkili ixtisasları üzrə ali təhsil (Magistr təhsili olması üstünlükdür) ;
-
Azərbaycan, Türk , Rus və İngilis dili yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları ;
-
MS Office biliyi yaxşı səviyyədə bilmək ;
-
ACCA FA (mütləq) digər sertifikatlarının olması üstünlükdür ;
-
Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) ;
-
BTP proqramı, E-taxes,e-gov,e-sosial və digər portallardan istifadə etmək bacarığı ;
-
MS Office proqramlarında işləmək bacarığı (Xüsusilə - Excel ) .
Təcrübə:
-
Mühasibatlıq üzrə min 2 il iş təcrübəsi .
Bacarıqlar:
-
Məsuliyyətli və işində dəqiq, riyazi hesablama aparma ,analitik düşüncə, ünsiyyət bacarığı, çeviklik kimi qabiliyyətlər önəmlidir .
İş barədə məlumat:
-
Əmək haqqı: Müsahibə əsasında təyin olunur .
Təminatlar:
-
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə ;
-
Həftə içi 5 gün (Bazar ertəsi-cümə) ;
-
Saat : 09:00-dan -18:00-dək ;
-
Nahar vaxtı 13:00-14:00 ;
-
Nahar ilə təmin edilmə ;
-
Mobil rabitə xidməti ilə təmin olunması .
Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Mühasib” sözləri qeyd edilməlidir).
VAKANSİYA 21
Penoplex Prikavkazye
Texniki nəzarət mühəndisi
Son tarix 21 mar 2023 [email protected]
Hacıqabul rayonu Atbulaq Sənaye Məhəlləsində yerləşən “Penoplex Prikavkazye” MMC şirkətinə ( istilik izolyasiya plitələrinin istehsalı zavodu) texniki nəzarət mühəndisi vakansiyasına işçi tələb olunur.
Öhdəliklər:
-
Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
-
Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaqla işin gedişatına maneə yaradan məsələləri həll etmək;
-
Sahələrdə plan qrafik əsasında işlərin icra olunmasını izləmək;
-
Mütəmadi olaraq layihədə aparılan işlərin keyfiyyət göstəricilərini müəyyən etmək, təhlilini aparmaq;
-
Müəyyən edilmiş material, maşın-mexanizm, işçilik normalarının (miqdarlarının) gözlənməsini, israf və səmərəsiz istifadənin qarşısını almaq üçün təkliflər planı hazırlamaq;
-
Tikinti sahələrindən tələb olunan texniki və material hesabatların müəyyən edilmiş vaxtda və qaydada baş ofisə təqdim edilməsini təmin etmək;
-
Görülən işlər barədə təqdim olunan sənədlərin (F № 2) düzgünlüyünü əyani olaraq yoxlamaq, uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
-
Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
-
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
-
Subpodratçı tərəfindən aparılan işlərin planlı olmasına və yüksək keyfiyyətlə təhvil verilməsinə nəzarət etmək.
-
Əlaqəli Dövlət qurumları ilə işləmək bacarığı.
Namizədə tələblər:
-
Cins: kişi;
-
Müvafiq vəzifə üzrə azı 5 il iş təcrübəsi;
-
Tam ali təhsil (İnşaat və ya sənaye/mülki tikinti ixtisası üzrə);
-
Məsuliyyətli;
-
Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
-
Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
-
İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
-
MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.
-
Rus və azərbaycan dillərini mükəmməl bilmək
-
İxtisasa uyğun olaraq sertifikat.
İş şəraiti:
-
İş yeri: Hacıqabul rayonu Atbulaq kəndi , Sənaye Məhəlləsi
-
İş qrafiki: həftənin 5 günü, iş saatı 9:00-18:00
-
Korporativ nömrə ilə təmin olunma;
-
Əmək haqqı: 1500 man.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV göndərməkləri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
VAKANSİYA 22
Tesoro
Satış meneceri
Son tarix 21 mar 2023 - [email protected]
Əmək haqqı: Sabit əmək haqqı razılaşma yolu ilə + satışdan %
Yaş həddi: 25-40
İş yeri: Binəqədi rayonu, Məsud Davudoğlu küçəsi 4
Vəzifə öhdəlikləri:
-
Müştəri bazasının genişləndirilməsi və saxlanılması;
-
Ezamiyyə, danışıqların aparılması;
-
Nümayəndəliyin və qiymətlərin monitorinqi;
-
Satıcılar üçün təlimlərin keçirilməsi;
-
Təyin olunmuş ərazilərdə plan göstəricilərin təmin edilməsi;
-
Ödənişlərə nəzarətin olunması.
Namizədə tələblər:
-
Cins: kişi və ya qadın
-
Ali təhsil
-
Rus dili biliyi
-
Microsoft Office proqramlarında və 1 C işləmək bacarığı
-
Şəxsi avtomobilinin olması, ən azı üç il sürücülük təcrübəsi olması.
-
Satış sahəsində minimum 1 il iş təcrübəsi.
-
Satış bacarığı
-
Ünsiyyətçil, yüksək təqdimat bacarığı
-
İşini sevən, məsuliyyətli və punktual
İş şəraiti:
-
Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
-
Ezamiyyə xərclərinin ödənilməsi.
-
Avtomobilin amortizator xərcləri.
VAKANSİYA 23
Netto Software
Satış nümayəndəsi
Son tarix 24 mar 2023 - [email protected]
İşin təsviri:
-
Netto anbar və ticarət proqram təminatı üzrə satış nümayəndəsi
-
İş yeri: Sədərək ofisi
Tələblər:
-
Satış bacarığı
-
Məhsulu təqdimat etmə bacarığı
-
Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma qabiliyyəti
-
Məsuliyyətlilik, dəqiqlik
-
Səlis Azərbaycan dili
-
Ali və ya tam orta təhsil
-
Yaş həddi 20-35 yaş
Əmək-haqqı: 600 AZN + (satışdan bonuslar)
Vakansiya ilə maraqlanan namizədlərdən “CV” lərini mail ünvanına göndərmələri və emailin mövzusu hissəsində mütləq “Satış nümayəndəsi” qeyd etmələri xahiş olunur.
VAKANSİYA 24
Orion Consulting
Tender üzrə mütəxəssis
Son tarix 24 mar 2023 [email protected]
İş barədə məlumat:
-
Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanmasını təmin etmək;
-
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
-
Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə hesabatın hazırlanması;
-
Tenderlər zamanı şirkəti təmsil etmək;
-
Xarici şirkətlər və müştərilər ilə yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
-
Tender təkliflərinin toplanması prosesinin idarə olunmasını təmin etmək;
-
Tender prosesisini icra etmək və nəzarətdə saxlamaq ;
-
Müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq
Namizədə tələblər:
-
Bakalavr təhsili
-
MS Office bilikləri
-
Rus və ingilis dillərini bilməsi üstünlükdür
-
Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı,
-
Komandada işləmək bacarığına malik olmalı
-
Minimum 1 il iş təcrübəsi
Əmək haqqı: Razılaşma yolu ilə
Maraqlanan şəxslər CV-lərini mövzu yerinə "Tender üzrə mütəxəssis" qeyd edərək elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 25
Company
Nurse
Son tarix 24 mar 2023 - [email protected]
I am looking for English speaking (intermediate) 30- 45 years old women candidate Nanny for taking care my daughter 3.5 years old.
Destination - in London
Monthly salary - 800 - 1000 usd
Stay with my family (wife, daugther and son 8 years old) in home.
Firstly 6 month Uk visa will be applied at Uk Embassy
Praveen: +994 50 270 31 06
CVs will be accepted via below email.
VAKANSİYA 26
Bestcomp Group
Biznes Təhlilçi
Son tarix 11 mar 2023 [email protected]
Vəzifə öhdəlikləri:
-
Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı.
-
Biznes ehtiyacların/tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün spesifikasiyaları nəzərdən keçirimək/formalaşdırmaq.
-
Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS/FRS, istifadə nümunəsi/istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması.
-
Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək.
-
Spesifikasiyaları düzgün başa düşmələrini təmin etmək üçün məhsulun inkişafı komandası ilə işləmək.
-
Əməliyyatlar və strateji dəyişikliklər üçün innovativ həllərin hazırlanması.
-
Həlllərin biznes ehtiyaclarına və tələblərinə cavab verməsini təmin etmək.
-
Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq.
-
Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları.
-
İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək.
-
Dəyişikliklərin idarə edilməsi/təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini sənədləşdirmək və təsirə məruz qalan rolları müəyyənləşdirmək üçün təlim qrupu ilə işləmək.
Davranış bacarıqları:
-
Güclü analitik və problem həll etmə bacarıqları
-
Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyəti
-
Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı
-
Komandada işləmə bacarığı
-
Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.
-
Ünsiyyət bacarığı
-
Güclü iş etikası
-
Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək
-
Detallara diqqət
-
Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları.
Xüsusi tələblər:
-
Təhsil: İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Marketinq üzrə bakalavr dərəcəsi
-
Təcrübə: Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi minimum 3 illik təcrübə
-
Xüsusi təcrübə sahələri:
-
Biznes təhlili
-
İQT-nin (UAT) dəstəklənməsi və əlaqəli qüsurların idarə edilməsi
-
Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis yaxşı
-
Komputer bacarıqları: MS Office, Visio, Jira,Microsoft Azure Dev/Ops və bənzəri
-
Baza SQL bilikləri: Balsamiq və ya hər hansı ilkin dizayn/qaralama alətləri.
Maraqlanan namizədlər CV-ləri “Biznes Təhlilçi” başlığı altında göndərə bilərlər.
VAKANSİYA 27
SRS Group
Memar
Son tarix 24 mar 2023 - [email protected]
Namizədlərə olan tələblər:
-
Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
-
Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
-
Müxtəlif təyinatlı obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanması;
-
Konsept layihələrin hazırlanması və vizualizasiyası, İnteryer və exteryerlərin 3D hazırlanması;
-
Şirkətə tələb olunan prezentasiya sənədlərini dizayn görüşünün hazırlanması və toplanması;
-
Təmir-tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, və digər normativ sənədlərə uyğun təşkili
-
Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
-
İlkin eskizin hazırlanması, aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
-
Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
-
Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (elektron versiyalı prezentasiya materialları) hazırlanması.
-
Müvafiq sahədə ali təhsil;
-
Proqram bilikləri: AutoCad, 3ds Max.
-
Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;
-
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
-
Yaş həddi: 27- 45
-
İş təcrübəsi: 3-5 il.
İş barədə məlumat:
-
İş saatları: həftədə 6 gün.
-
Bazar günü istirahət günüdür.
-
Əmək haqqı: 1000-1200 manatdır.
Namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.
VAKANSİYA 28
Xaqani Ticarət Mərkəzi
Böyük mühasib (kişi)
Son tarix 24 mar 2023 - [email protected]
Vəzifələr:
-
Mühasibat və vergi uçotunun aparılması;
-
Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
-
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
-
Əmək haqqı, məzuniyyət haqqlarının hesablanması;
-
Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
-
Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-
Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-
Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-
Vergi, DSMF, Statistika idarəsinə bütün hesabatların müvafiq proqramlarda hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara onlayn təqdim edilməsi;
-
E-Qaimə Faktura, və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
-
Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
-
Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımi dəyişiklikləri işləmək;
Tələblər:
-
25-50 yaş aralığında olan kişi namizədlər;
-
Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
-
Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
-
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
-
Mühasibat hesablaşmaları
-
Vergi və Əmək məcəllələrini yüksək səviyyədə bilməli
-
1.C8.2 Proqramlarında yüksək səviyyədə işləmə bacarığı
-
İş təcrübəsi: müvafiq vəzifədə 3 ildən yuxarı
-
Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
-
Məsuliyyətli, stressədavamlı
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Həftədə 5 iş günü, saat 10.00 –dan 19.00-dək, şənbə və bazar günləri istirahət günləridir.
Müəssisə Kiçik sahibkarlıq subyekti meyarlarına daxildir. (İllik dövriyyəsi böyük deyildir)
Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Böyük Mühasib” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə email ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 29
Başak Group
Smeta mühəndisi
Son tarix 24 mar 2023 - [email protected]
Namizədə aid tələblər:
-
Ali təhsil (Mühəndislik/memarlıq ixtisası üzrə),
-
Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi,
-
Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları haqqında biliklər,
-
Qüvvədə olan müvafiq smeta hesablama qaydaları, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsalları haqqında biliklər,
-
Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydaları haqqında biliklər;
-
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın əleyhinə mühafizənin norma və qaydaları haqqında biliklər,
-
Kompüter bilikləri: Archicad və AutoCAD üzrə biliklər.
Vəzifə öhdəlikləri:
-
Layihə üzrə verilmiş memarlıq və konstruktiv sxemlər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasının tərtib edilməsi
-
Layihəyə əsasən iş həcmlərinin çıxarılması;
-
Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
-
Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək;
-
Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
İş qrafiki:
-
Həftə içi 5 gün saat 09:00-18:00,
-
Nahar şirkət tərəfindən verilir,
-
Korporativ nömrə (korporativ paket),
-
Əməkhaqqı: 1300-1500 AZN ,
-
Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərə bilərlər.
VAKANSİYA 30
189 Courier
Superviser
Son tarix 23 mar 2023- [email protected]
Öhdəliklər:
-
Çata və e-maile gələn məktubların və ismarıcların cavablandırılması
-
Təsdiq olunmuş sifarişlərə nəzarət
-
Kuryer namizədləri ilə müsahibə;
-
Kuryerlərin iş qrafikinin tərtibi
-
Rəhbərliyin göstərişlərini icra etmək
Namizədə tələblər:
-
Kişi namizədlər
-
Ali və ya orta texniki təhsil;
-
22-35 yaş həddi
-
Komputer bilikləri - MS office,
-
Azərbaycan dili-səlis
-
Rus dili -yaxşı
Ofis-şəhərin mərkəzində
6 günlük növbəli iş qrafikı
Əmək haqqı – 650 AZN
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərsinlər.
Tel: 012 505 01 89.