Abşeron Logistika Mərkəzi
Əməliyyatçı mütəxəssis
Son tarix 25 mar 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Xidmətlər üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması.
- Daşınma işinin təşkili üçün lazım olan partnyor şirkət və şəxslərlə əlaqələrin qurulması.
- Daşınma prosesinə əvvəldən sona kimi nəzarət etmək.
- Daşınan yüklərin müştərinin istəyindən asılı olaraq sığortalanmasını təşkil etmək.
- Müqavilələrin hazırlanmasında iştirak etmək.
- İnvoysların hazırlanmasında iştirak etmək.
- Logistika xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyalar.
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi.
- Logistikaya dair prosedur və proseslərin həyata keçirilməsi.
- Yerli və xarici idxal/ixrac qanunvericiliyinin qaydalarına uyğun proseslərin həyata keçirilməsi.
- Xarici şirkətlərlə əlaqə yaratmaq və Yükün daşınmasını təşkil etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsill;
- İş təcrübəsi – minimum 1 il;
- Dl bilikləri - Azərbaycan və Rus dilləri mükəmməl;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Analitik qabiliyyətə, təhlil və təqdim etmə bacarıqlarına malik olmaq;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmək bacarığı;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 24 Mart 2023-cü il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatçı mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.