FED.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, dünyanın varlı insanları şəxsi təyyarələrin təmin etdiyi komforta üstünlük verir ki, bu cür laynerlərlə uçuşlar kommersiya təyyarələrinə nisbətən daha tez yerinə yetirilir. Ən varlı insanlar bu cür təyyarələrlə müxtəlif istiqamətlərə səyahət edirlər, lakin əksər hallarda onlar istirahət üçün elit yerləri seçirlər.
Şəxsi təyyarələrlə 2018-ci ildə yerinə yetirilən 10 ən məşhur istiqamət:
# | İstiqamət | Uçuşların sayı |
1 | Baham adaları | 16 400 |
2 | Malyorka (İspaniya) | 5 600 |
3 | İbiza (İspaniya) | 5 400 |
4 | Sardiniya (İtaliya) | 5 200 |
5 | San-Xuan (Puerto-Riko) | 3 400 |
6 | Kayman adaları (Böyük Britaniya) | 2 300 |
7 | Siciliya (İtaliya) | 2 300 |
8 | Korsika (Fransa) | 2 100 |
9 | Vircin adaları (ABŞ) | 2 000 |
10 | Mikonos (Yunanıstan) | 1 900 |