Türkiyə otelləri «hər şey daxil» sisteminin ləğv edilməsini istəyirlər.
FED.az xəbər verir ki, vaxtilə 90-cıillərdə bu sistemi ilk tətbiq edənlərdən biri olan otelçi Zəfər Alkayın sözlərinə görə, o dövrdə türkiyədə turizmi dirçəltmək üçün «hər şey daxil» sistemi zəruri idi. İndi isə qidalanmanın keyfiyyətini artırmaq lazımdır.
«Vaxtilə «hər şey daxil» sisteminin təğbiq etməklə əldə etdiyimiz nəticələrə söz ola bilməz. Amma indi, yeni dövrdə onu yenidən müzakirə etmək lazımdır»-deyə Z.Alkay bildirib.
Onun sözlərinə görə, artıq Türkiyə otelləri turistlərin qidalanmasının keyfiyyətini yüksəltməlidirlər. «Daha keyfiyyətli qidalanmaq istəyən turistlər daha yüksək ödəniş etməyə hazırdılar».
«Hər şey daxil» sisteminin ləğvi ilə bağlı məsələ 2023-cü ilin sonunda da qaldırılmışdı. Həmin vaxt turoperator Erol Güldal bildirmişdi ki, Türkiyə «hər şey daxil» sistemindən çxaraq «yarım pansion» sisteminə keçməlidir ki, «daha varlı alman turistlərini cəlb edə bilsin».
Xatırladaq ki, 2023-cü ildə Türkiyəyə 57 milyon turist gəlibÖ, 2024-cü ildə onların sayının 60 milyon nəfərə çatması, turizmdən gəlirlərin isə 60 milyard dollara yüksəlməsi gözlənilir.