Şəki Azərbaycanın ən gözəl istirahət bölgələrindən biridir. Taixi abidələri və gözəl təbiəti ilə Şəki ölkəyə gələn xarici turistlərin ən çox maraq göstərib səfər etdiyi istiqamətlərdən birincisi sayılır.
FED.az Şəkiyə qonaq gedib maraqlı istirahət etmək istəyən insanlar üçün ən maraqlı 5 istirahət mərkəzini təqdim edir:
1. «Marxal» müalicə-istirahət kompleksi
Şəkidəki məşhur «Marxal» müalicə- istirahət kompleksi müasir standartlara cavab verən kompleksdir. Şəki şəhərinin yaxınlığında, Böyük Qafqaz sıra dağlarının cənub-qərb yamaclarında, dəniz səviyyəsindən 1080 metr yüksəklikdə tikilib. Ərazisi 30 hektar olan kompleksə yeddimərtəbəli mehmanxana binası, SPA mərkəzi, villa tipli 31 kottec, restoranlar şəbəkəsi və müxtəlif əyləncə mərkəzləri daxildir. Burada bir otaq üçün qiymət 120 manatdan başlayır.
Ünvan: Azərbaycan, Şəki rayonu, Marxal Resort and Spa
2. «Küngüt» otel istirahət mərkəzi
«Küngüt» otel-restoranı Şəkinin şimal - şərqində, şəhərin mərkəzindən 24 km, Bakıdan Şəkiyə gələn yolun düz üstündə yerləşir. Dəniz səviyyəsindən 1200 metr hündürlükdəki oteldə qonaqların dincəlməsi üçün hər cür şərait var. İstirahət insan sağlamlığı üçün ən vacib şərtlərdən biridir, odur ki, Kungut Hotel & Resort qonaqlarına gündəlik təlaşdan uzaqlaşaraq istirahət etmələri üçün ideal şərait yaratmışdır. Otelin əlverişli coğrafi mövqeyini xüsusi vurğulamaq lazımdır. Otel həmçinin Qəbələ Beynəlxalq aeroportundan cəmi 78 km uzaqlıqdadır (maksimum 1 saat). Yeri gəlmişkən, otel aeroportdan və əks istiqamətdə transfer xidməti təklif edir.
Kungut Hotel & Resort mükəmməl istirahət üçün gərəkli olan hər şeyə malikdir: müasir infrastruktur, məftunedici dağ mənzərəsinə malik rahat otaqlar, təkrarsız servis. Buranı seçməklə siz yaddaşınızdan heç zaman silinməyəcək istirahətin dadını çıxara bilərsiniz. Oteli əhatə edən mənzərəyə qarşı heç bir qonaq laqeyd qala bilməyəcək. Təkrarsız peyzaj, zəngin mədəniyyət və fərqli tarixi məkanlar hər ay buraya böyük turist axınını cəlb edir.
Bundan əlavə, Şəkinin coğrafi mövqeyi və iqlimi atla gəzinti üçün idealdır. Odur ki, dünyaca məşhur Azərbaycan atlarında gəzmək şansını əldən verməyin.
Restoran, açıq hovuz, bilyard, at gəzintisi, şəhər turu və digər maraqlı xidmətlər qonaqları gözləyir. Qiymətlər bir otaq üçün 60 manatdan başlayır.
Ünvan: Şəki rayonu, Baş Küngüt kəndi.
Şəkinin ən gözəl bölgələrindən birində yerləşən Kungut Hotel & Resort ideal xidmətin nümunəsidir.
3. «Narın Qala» istirahət mərkəzi
Qafqaz dağlarının ətəyində, şam meşəsinin mərkəzində, dəniz səviyyəsindən 1050 metr hündürlükdə yerləşir. İstirahət mərkəzində ümumilikdə 20 ev - 1, 2, 3, 4 otaqlı koteclər var. Hər bir kotecdə bütün şərait yaradılıb. Restoranda istənilən yeməyi sifariş vermək mümkündür. 8 yaşına kimi uşaqlar üçün əyləncə zonası və səhər yeməyi pulsuzdur. Qiymətlər 60 manatdan başlayır. «Narın Qala»da qalanlar yaxınlıqdakı Kiş kəndindəki tarixi abidələrə, o cümlədən qədim Alban məbədinə də baş çəkə bilərlər. Ünvan: Azərbaycan, Şəki rayonu, Kiş kəndi.
4 “Şəki Palace” Otel
Şəki Palace Oteli öz qapılarını Şəki – Qədim şəhərin bənzərsiz tarixi hissəsinə açıb. Bu oteldə 46 otaq qonaqların xidmətindədir. Qiymətlər bir otaq üçün 100 manatdan başlayır.
Ünvan: Şəki rayonu, Axunzadə prospekti
5. Şəki Saray Otel
Şəki Saray Hoteli Şəkiyə biznes və ya əyləncə məqsədi ilə gələn qonaqlar üçün dörd ulduzlu mehmanxanadır. Müasir üslubda inşa edilmiş Şəki Saray Hotelindən Böyük Qafqaz dağlarına gözəl mənzərə açılır. Bir otaq üçün qiymətlər 90 manatdan başlayır.
Ünvan: Şəki rayonu Rəsulzadə prosepekti
Şəkinin ən maraqlı - 5 İSTİRAHƏT MƏRKƏZİ – SİYAHI
11:06
9 May 2019