Banner

Turizm

Səhv bilet satışı hava yolu şirkətinə baha başa gəldi

Səhv bilet satışı hava yolu şirkətinə baha başa gəldi | FED.az
16:59 14 Yan 2019

Honq Konqun beynəlxalq hava yolu şirkəti "Cathay Pacific", iki həftə ərzində ikinci dəfə "business class" biletlərini səhvən ekonom sinifi qiymətindən satıb.
 

FED.az xəbər verir ki, sərnişinlər, Honq Konqdan Lissabona (Portuqaliya) həyata keçiriləcək uçuşlarda normalda qiyməti 16000 dollar olan biletlər üçün 1512 dollar ödəyiblər. Şirkət sistemdəki problemin haradan qaynaqlandığını araşdırıldığını, satılan biletlərin ləğv edilməyəcəyini bildirib. Bu şəkildə neçə biletin satıldığı açıqlanmayıb.

Eləcə də bax: “Buta Airways” İstanbula reys açır – 75 MANAT

 

Şirkət iki həftə əvvəl də 16000 dollarlıq "business class"a Vyetnam-Nyu-York biletlərini 675 dollara satmışdı. Şirkət o zaman da biletləri ləğv etməmişdi. Keçmişdə başqa hava yolu şirkətləri də bənzər səhvlər etmişdi.
 

"Singapore Airlines" 2014-cü ildə biletlərini səhvən yarı qiymətindən də aşağı satmışdı. Şirkət biletləri keçərli saydmışdı. Ancaq "United Airlines" 2015-də 100 dollardan aşağı qiymətə satılan biletləri ləğv etmişdi.

Digər xəbərlər

Banner