Yanvar-sentyabr aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 63 min 354 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 29 min 251 nəfəri və ya 46,2 faizi Azərbaycan, 34 min 103 nəfəri və ya 53,8 faizi xarici ölkə vətəndaşı olub.
Türkiyənin tanınmış hotel brendi Bakıda - FƏALİYYƏTƏ BAŞLAYACAQ
FED.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən bildirilib.
Bildirilib ki, yanvar-sentyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib.
Belə ki, 9 ayda bu ölkənin 10 min 254 vətəndaşı Qəbələdə olub. Bu müddət ərzində Qəbələyə Hindistandan 6 min 170, Birləşmiş Ərəb Əmirliklərindən 5 min 413, Küveytdən 2 min 586, İsraildən 1615, Pakistandan 1066, Rusiyadan 874, Qətərdən 806, Omandan 640, Türkiyədən 364 turist səfər edib.
Bundan əlavə, həmin müddətdə Qəbələyə Bəhreyn, Qazaxıstan, ABŞ və digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib (Azərtag).