AZAL-ın Bakı–Tbilisi–Bakı marşrutu üzrə avqust və sentyabr aylarına olan bilet qiymətləri məlum olub.
Çinə viza rejimi ləğv ediləndən sonra aviabiletlər - BAHALAŞIB? - VİDEO
FED.az xəbər verir ki, avqustun əvvəlində ekonom sinif üçün gediş-gəliş biletlərinin qiymətləri 238,18 AZN-dən başlayaraq 297,20 AZN-ə qədər dəyişir. Bu tarixlərdə biznes sinfi üçün gediş-gəliş qiyməti 446,78 AZN-dən başlayır və 1 115,73 AZN-ə qədər yüksəlir.
Avqustun 11-də gediş, 12-də dönüş tarixlərində isə ekonom sinif üçün biletlər 157,51 AZN-dən 255,89 AZN-ə qədər, biznes sinif üçün isə 446,78–486,13 AZN aralığında təklif olunur. Ayın ortalarında qiymətlər əsasən eyni səviyyədə qalır.
Ayın sonunda, 30 avqust gediş, 31 avqust dönüş tarixlərində ekonom sinif biletləri 157,51–218,47 AZN, biznes sinif isə 446,78 AZN təşkil edir.
Sentyabrın əvvəlində isə biznes sinifdə yerlər məhduddur. Bu tarixlərdə biznes sinif bileti 446,78 AZN, ekonom sinif isə 157,51 AZN qiymətinə satılır.