Bu ilin yanvar-aprel aylarında Qəbələ rayonundakı hotellərdə 22 mindən artıq turist qona qolub.
FED.az biznes və maliyyə xəbərləri portalı "Azərtag"a istinadən xəbər verir ki, bunlardan 10,8 min nəfəri və ya 48 faizi Azərbaycan, 11,5 min nəfəri və ya 52 faizi xarici taristlər olub.
Qəbələ Rayon Statistika İdarəsindən bildirilib ki, yanvar-aprel aylarında rayona gələn turistlərin sayı 2 min nəfər və ya təqribən 10% artıb.
Bu dövrdə yerli turistlərin sayı 1700 nəfər azalsa da, xarici turistlər, əksinə, 3700 nəfər artıb. Başqa sözlə Qəbələyə gələn xarici turistlərin sayında 47% artım var.
Bu il Qəbələyə ən çox xarici turist Hindistandan gəlib, rayona gələn gələn xarici turistlərin yarısı Hindistan vətəndaşları olub - 5248 nəfər.
Bu dövrdə rayona Səudiyyə Ərəbistanından 1378, Birləşmiş Ərəb Əmirliklərindən 1343, Küveytdən 541, Pakistandan 443, Rusiyadan 359, Qətərdən 247, Omandan 171, Bəhreyndən 140, İsraildən 129, Türkiyədən isə 110 turist səfər edib.
İlin əvvəlindən bəri Qəbələdəki 18 hoteldən 15-i fəaliyyət göstərib, 900 nəfər çalışıb.
Qəbələ otellərində bir gün qalmaq üçün orta qiymət 95,6 manatdır.
Turistlər Qəbələrə orta hesabla 1-2 gün qalırlar.