Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib.
Şöbə müdiri: "Çindən Azərbaycana gələn turistlərin sayı 135 % artıb"
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 347,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 8,6 % çoxdur.
İkinci yerdə 308 manat olmaqla Abşeron hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 82,2 % çoxdur.
5 ulduzlu hotellər arasında üçüncü yeri isə 306 manat olmaqla Quba tutub. Bu rayonda orta qiymət son 1 ildə 2 dəfə artıb.
Naftalanda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 275,6 manata (+ 6,6 %), Şamaxıda 223,9 manata (+15,1 % ), Bakıda 208,5 manata (+ 39,1 %), Lənkəranda 183,6 manata (- 28,3 %), Qaxda 161 manata (+ 20 %), Şəmkirdə 157 manata (+ 27,7 %), İsmayıllıda 156,6 manat, Naxçıvanda 127,5 manat (+27,5 %), Qusarda 108,3 manat (-93,9 %), Şəkidə 71,1 manat ( - 72,8 %) başa gəlib. (Report)