Azərbaycan və Türkmənistan pandemiya səbəbindən dayandırılan hava nəqliyyatı ilə sərnişindaşımaların ikitərəfli bərpa olunması imkanlarını nəzərdən keçirir.
Eləcə də bax: Rusiyanın daha bir şəhərindən - Bakıya Uçuşlar Başlayır
FED.az xəbər verir ki, bunu "Caspian Energy Club"”ın təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkmənistan beynəlxalq "Online B2B Forum" çərçivəsində çıxış edən Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Ovezgeldi Cumanazarov deyib.
Onun sözlərinə görə, söhbət Türkmənistan Prezidentinin ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında hava əlaqəsinin açılmasına dair imzalanan sənəddən gedir.
"Sənədə əsasən, həm AZAL, həm də "Türkmənistan Hava Yolları" həftədə iki uçuş həyata keçirəcək. Hazırda məsələ nəzərdən keçirilir, lakin son qərar ölkə hökumətlərindən asılıdır", - deyə O. Cumanazarov qeyd edib.
Yükdaşımalara gəldikdə, səfirliyin rəsmisi qeyd edib ki, ölkələr arasında hazırda həm ikitərəfli, həm də tranzit olaraq logistik əlaqələr mövcuddur və bu sahədə heç bir problem müşahidə olunmur. (Apa)