Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu mayın 1-4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək "Arabian Travel Market 2023" sərgisində iştirak edəcək.
“Air-Arabia” aviaşirkəti Əbu-Dabidən Bakıya birbaşa uçuşları - BƏRPA EDƏCƏK
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Büro sərgidə xüsusi milli stendlə təmsil olunacaq, Azərbaycanın müxtəlif və unikal səyahət təcrübələri nümayiş etdiriləcək. Ölkəmizin təbiət mənzərələrində yürüş, yüksək reytinqli kurortlarda sağlamlıq təcrübələri və ləzzətli ənənəvi mətbəx təklif ediləcək.
“Büro səyahət mütəxəssisləri və media nümayəndələri ilə görüşməyi, onları Azərbaycanın unikal təklifi ilə tanış etməyi səbirsizliklə gözləyir. Bu tədbirdə iştirakımızın Azərbaycana həyəcanverici və fərqli destinasiya kimi potensialını nümayiş etdirməyə kömək edəcəyinə əminik” - deyə Büronun baş direktoru Florian Senqstşmid bildirib. (Report)