Həftə sonu dincəlmək, təmiz hava almaq, dəniz sahilində əylənmək üçün istanbulluların getdiyi tətil qəsəbələrindən biri də - Şiledir. Şile 39 rayonu olan meqapolisin Qaradəniz sahilində yerləşən inzibati ərazi vahididir. İstanbulun Asiya hissəsinin şərqində yerləşən Şile Bosfor boğazına 60 km məsafədədir. Yunanca "Şile" yabanı çiçək demekdir. Rayonda istehsal müəssisələrinin, zavod və fabriklərin olmaması və şəhərləşmədən uzaq olması buranı əsil oksigen cənnətinə çevirən amillərdəndir.
10 km uzunluğunda mənzərəli dəniz sahilləri, qumlu çimərlikləri və nadir təbiəti olan Şilenin tarixi antik dövrlərə dayanır. Burda daş dövrünə, Roma imperatorluğu və Səlcuqlu dövlətinə aid izlərə rast gəlmək mümkündür.
Eləcə də bax: İstanbulda böyük ərazisi olan malikanələr - QİYMƏT
Rayonun önəmli gəlir qaynağı turizmdir. Xüsusilə də həftə sonu və yay aylarında turist axınına məruz qalan Şile, lüks və butik otelləri, motelləri, pansionatları, kafe və restoranları ilə ziyaretçilərinə keyfiyyətli xidmət göstərməkdədir. Burda yerləşən Şile Qalası, Şile Mayakı və tarihi Şile evləri ilə Hanımsuyu Bulağı, Osmanlı Hamamı və Kilsə xarabalıqları, Baptist Kilsə qalıntıları, Sarıkavak qalası, Lahit Məzar və s. arxeoloji və tarixi əsərlərdəndir.
Gəziləcək yerlər arasında qum çimərlikləri, Deyirmençayırı Şəlaləsi, Şile Qalası, Onbir Göllər Vadisi, Kumbaba Təpəsi,Ağlayan qaya ve ətraf kəndlərdə yerləşən onlarca mağara var. Şile eyni zamanda İstanbulun qədim balıqçılıq rayonudur. Balıq sürüləri Qaradənizdən İstanbul boğazına köç edərkən məhz burdan keçir. Şile səyahətiniz zamanı balıq yemədən burdan ayrılmayın.
ELƏCƏ DƏ BAX: Boğaz və Qız qülləsi mənzərəli villa və mənzillər, İstanbul - QİYMƏT
Şile rayonunda satılan inşaatı tamamlanmamış otel:
4 mərtəbəli 1200 kv.m. qapalı sahəsi, 30 sot torpaq ərazisi olan yeni otel 28 otaqdan ibarətdir.
Otel 65 yataqlıdır.
300 nəfərlik restoran var.
Hovuzu, günəşlənmə terası və avtomobil parkı vardır.
Sahilə yaxındır. Qumlu çimərliyi var.
Nömrələr 16-28 kv.m. dir.
Otel 2013-cü üldə inşa edilib. 90%-i hazırdır.
Dəniz mənzərəsi.
Qiyməti - 1.500.000 avro
Şile rayonunda torpaq əraziləri, malikanə, ferma, heyvandarlıq kompleksləri, kommersiya obyektləri, villa və digər əmlak almaq istəyənlər +994 55 252 41 10 nömrəli telefona müraciət etdə bilərlər.
ELƏCƏ DƏ BAX: İstanbulda Mərmərə dənizinə yaxın 3 müstəqil tripleks villa - 180 000 AVRO
İstanbulun Şile rayonunda inşaatı tamamlanmamış otel - 1 500 000 AVRO
14:37
11 Yan 2019