Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb.
FED.az xəbər verir ki, bu Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarındakı dəyişiklikdə yer alıb.
Qərara əsasən, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə olunub.