Bu gün Azərbaycanda uzun illərdidir ki, həllini gözləyən ən aktual məsələlərdən biri də qanunsuz evlərin sənədləşdirilməsidir. Həm Bakıda, həm də rayonlarda bu cür qanunsuz tikilmiş evlərin sayı kifayət qədərdir.
Kənd təsərrüfatı təyinatlı torpaqların - İcarəyə verilməsi mexanizmi təkmilləşdirilir
FED.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, icra hakimiyyətləri və bələdiyyələr tərəfindən kənd təsərrüfatlı təyinatlı torpaqların icarəyə və istifadəyə verilməsində çox ciddi nöqsanlar mövcuddur.
“10 min hektarlarla əkinə yararlı torpaqlarda qeyri-qanuni tikintiyə yol verilib. Hazırda həmin ərazilərdə qanunsuz evlər tikilib, bağlar salınıb və yüz minlərlə insan evinə mülkiyyət hüququ əldə edə bilmir. Eyni zamanda bu insanlar həmin evlərə qeydiyyata düşə bilmir, çünki onların ünvanları dəqiq müəyyən edilməyib.
Əlbəttə ki, bu qanunsuz evləri sökmək, vətəndaşları evsiz qoymaq mümkün deyil. Digər tərəfdən bu evlərin sənədləşməsində də ciddi problem yaranıb, çünki həmin torpaqlar kənd təsərrfüatı təyinatlı torpaqlardır və kənd təsərrfüatı məhsullarının yetişdirilməsi və becərilməsi nəzərdə tutulurdu. Çox təəssüflər olsun ki, həmin torpaqlar qanunsuz şəkildə istifadəyə verilib”, - deyə T.Rzayev əlavə edib. (Trend)