2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 12 milyon manatının və yaxud cüzi hissəsinin dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Komitə sədri: "Qanuna dəyişiklik torpaq sahiblərinin işini xeyli asanlaşdıracaq"
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,1 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.