Gəncədə yaşayış binalarının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender ləğv olunub.
FED.az xəbər verir ki, “Ərazi Tikinti-Planlaşdırma Mərkəzi” tərəfindən Gəncə şəhəri, Atatürk prospektində inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün ərazinin şəhərsalma əsaslandırılması və yaşayış binalarının layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması üzrə elan edilən tender ləğv edilib.
Ləğv edilməyə səbəb satınalmada iştirak etmək üçün tələb olunan şərtlərə cavab verən təchizatçıların sayının qanunvericilikdə nəzərdə tutulduğundan az olması göstərilib.
Bu da "Dövlət Satınalmaları Haqqında" qanunun 36.1.1-ci maddəsi ilə tənzimlənir.
Həmin maddəyə görə bu Qanunun 45.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma komissiyası satınalmanın ləğv edilməsi haqqında qərar qəbul edir.
Ləğv olunmuş tenderin ehtimal olunan qiyməti 991 min 337,59 manat olub.