Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti publik hüquqi şəxsi Xocavənd şəhərində fərdi yaşayış evlərinin təmiri ilə bağlı iki iri tenderin nəticələrini açıqlayıb.
Gəncə İdman Sarayının tikintisinə daha 4 milyon manat ayrıldı
FED.az xəbər verir ki, bu layihələr çərçivəsində “Real-İnşaat” MMC (VÖEN: 6000137461) 100 fərdi yaşayış evinin, ümumilikdə 16.830 m² sahəsinin təmirini həyata keçirmək üçün 5 857 644 AZN məbləğində müqavilə izalayıb.
Qeyd edək ki, “Real-İnşaat” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 220 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin Nərimanov Fəxrəddin oğludur. Hüquqi ünvanı Göyçay rayonu, Göyçay şəhəri, Cəfər Cabbarlı, ev 4/2-də yerləşir.
Eyni zamanda, “Capitel Group” MMC (VÖEN: 2005752931) 20 fərdi yaşayış evinin, ümumilikdə 3.366 m² sahəsinin təmir işlərini yerinə yetirmək üçün 1 172 630 AZN dəyərində sifariş alıb.
Qeyd edək ki, “Capitel Group” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rasim Hüseynov Nəcəfali oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 68A, mənzil 9-da yerləşir.
Beləliklə, hər iki şirkət Xocavənd şəhərində fərdi yaşayış evlərinin təmirində əsaslı işləri həyata keçirəcək və layihələrin ümumi həcmi 7 030 274 AZN təşkil edir.