Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Gəncə İdman Sarayının tikintisi ilə bağlı daha bir iri layihə həyata keçiriləcək.
Gəncə Memorial Kompleksinin tikintisi 13 milyona tamamlanacaq - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, layihənin icrasını “Rövşən Oğuz Qrup” MMC (VÖEN: 1700993511) yerinə yetirəcək və müqavilənin ümumi dəyəri 4 000 000 AZN təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd etmək lazımdır ki, “Rövşən Oğuz Qrup” MMC 2025-ci il ərzində Gəncə Şəhər İcra Hakimiyyəti ilə bu istiqamətdə daha iki müqavilə bağlayıb. Belə ki, 5 iyun 2025-ci il tarixində şirkət Gəncə İdman Sarayının tikinti-quraşdırma işləri, o cümlədən avadanlıqların quraşdırılması, işə baxılması və sınaq işlərinin aparılması layihəsi üzrə 12 000 000 AZN məbləğində tenderin qalibi olub.
Daha sonra 10 sentyabr 2025-ci il tarixində Gəncə İdman Sarayının tikinti-quraşdırma işlərinin davam etdirilməsi məqsədilə 377 390 AZN dəyərində müqavilə imzalanıb. Nəticə etibarilə, şirkət 2025-ci ildə Gəncə İdman Sarayının inşası ilə bağlı ümumilikdə 16 milyon manatdan çox məbləğdə tenderin qalibi olub.
Qeyd edək ki, “Rövşən Oğuz Qrup” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 40 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin Əhmədov Şahvələd oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 1, ev 8, “Adore Plaza”, 3-cü mərtəbədə yerləşir. Şirkət aktivdir və ƏDV qeydiyyatındadır.