“MİDA” MMC “Xocalı şəhərində 3,34 ha ərazidə yerləşən 15 (on beş) ədəd çoxmənzilli yaşayış binasının əsaslı təmiri və ərazinin abadlaşdırılması işləri” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu Xocalıda tikinti və bərpa işlərinə 152 milyon manat – SƏRF EDƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi "Hünər İnşaat" Firması olub.
Şirkətlə 8 501 306 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Hünər İnşaat Firması 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Tofiq Əliyev Cəlal oğludur. Hüquqi ünvanı Az1154, Bakı Şəhəri Nərimanov Rayonu, İsmayıl Hidayətzadə, Ev 7a, M. 136, Məh.1911 ünvanında yerləşir.