Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli və Turşsu kəndlərində tikinti və bərpa işləri” tenderinin nəticələrini elan edib.
Ağdamda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Bakı Abadlıq Xidməti” MMC olub.
Şirkətlə 152 247 600 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Bakı Abadlıq Xidməti” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Binnət Əli Qasımov Oktay oğludur. Hüquqi ünvanı AZ1006, Bakı Şəhəri Yasamal Rayonu, Tağı Şahbazi, Ev 8, M. 504 ünvanında yerləşir.